Ötən il sənaye istehsalı artıb

 

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ötən il sənaye sektorunda  istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,7 milyard manat təşkil edərək əvvəlki illə müqayisədə 1,8 faiz çox olmuşdur.

Sənayenin ibarət olduğu mədənçıxarma, emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi, emalı bölmələrində ötən illə müqayisədə istehsalın artımı qeydə alınmışdır.

İstehsalın dörddə üç hissəsi mədənçıxarma, 20,1 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin səviyyəsini 4,8 faiz, neft-qaz sektorunda isə 1,1 faiz üstələmişdir. Hesabat dövründə 43,1 milyon ton neft, 17,9 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdir. Qeyri-neft bölməsinin məhsullarından qida, içki, dəri və dəri məmulatlarının, ayaqqabıların, poliqrafiya, kimya, əczaçılıq, tikinti materiallarının, metallurgiya, elektrik avadanlıqlarının, maşın və avadanlıqların və s. məhsulların istehsalında daha çox artım əldə edilmişdir.

 

V.BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında