Akademik Cəlal Əliyev “Kompyuter biologiyası və bioinformatika” jurnalının redaksiya heyətinin üzvü seçilmişdir

 

 

 

Dünya şöhrətli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın Botanika İnstitutunun bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, Milli Məclisin deputatı Cəlal Əliyev Avstraliyada nəşr olunan “Kompyuter biologiyası və bioinformatika” jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, bununla əlaqədar jurnalın baş redaktoru Jade MakGil tərəfindən daxil olmuş məktubda dünya şöhrətli alimin fəaliyyətinin bu sahənin gələcək inkişafına böyük dəstək olacağı qeyd edilmişdir.

Akademik Cəlal Əliyev tərəfindən hələ keçən əsrin 70-ci illərindən bioloji problemlərin həllinə biologiya ilə yanaşı, riyaziyyat və kompyuter elmləri sahələrindən də  mütəxəssislərin cəlb edilməsinə başlanılmış, Azərbaycanda yeni tədqiqat istiqamətlərinin, o cümlədən riyazi və kompyuter biologiyası və bioinformatikanın bünövrəsi qoyularaq əsaslı surətdə inkişaf etdirilmişdir.

Biologiyada inteqrativ yanaşmaların dünyada ilk təşəbbüskarlarından biri akademik Cəlal Əliyev olmuşdur. Bu elmi ixtisasların vəhdəti nəticəsində respublikada ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompyuter texnologiyasından istifadə etmək mümkün olmuşdur. Bu istiqamətdə ixtisaslaşmış azərbaycanlı alimlər hazırda ölkəmizdə və onun hüdudlarından kənarda (Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Pakistan, Oman, Türkiyə və s.) böyük uğurlar qazanır, Azərbaycanı yüksək səviyyədə təmsil edirlər.

Bu uğurların nəticəsi kimi 2008-ci ildə Bakı şəhərində akademik Cəlal Əliyevin 80 illik yubileyinə həsr olunmuş “Bioinformatika: mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında