Azərbaycanın Daxili İşlər Nazirliyi və Niderlandın Ədliyyə Nazirliyi arasında cinayət işləri üzrə qeyri-əməliyyat əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanmışdır

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 10-da Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Ramil Usubov qonağa nazirliyin funksiyası və fəaliyyət istiqamətləri, eləcə də müstəqilliyimizin ilk illərində hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum, vətəndaş müharibəsi astanasında olan ölkəmizin parçalanıb dağılmaq təhlükəsindən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində xilas olması barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin rəhbərliyi, hüquq mühafizə, o cümlədən, daxili işlər orqanlarının birgə fəaliyyəti, qətiyyətli tədbirlər nəticəsində 1995-ci ilin sonlarından başlayaraq sabitlik bərqərar olmuş, əməliyyat şəraiti tam nəzarətə götürülmüşdür. Daxili işlər naziri əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə ölkəmizin MDB məkanında sonuncu yerlərdən birini tutduğunu xatırladaraq bildirmişdir ki, kriminogen durumun nəzarətdə olması, sabitliyin dönməzliyinin təmin edilməsi ilk növbədə vətəndaşlarımızın, eləcə də əcnəbilərin təhlükəsizlik şəraitində yaşayıb fəaliyyət göstərməsinə, iqtisadiyyatımıza külli miqdarda xarici sərmayə yatırılmasına əlverişli şərait yaratmışdır.
Daha sonra ümummilli lider Heydər Əliyevin siyasi kursunun, o cümlədən hüquq mühafizə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, beynəlxalq ekspertlərin müsbət rəylərini almış, Avropa standartlarına uyğun yeni qanunların, demokratik islahatların əsas məqsədinin insan hüquq və azadlıqlarının təmin edilməsi, ümumbəşəri dəyərlərin qorunmasından ibarət olduğu qonağın diqqətinə çatdırılmışdır.
Daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətdə üzləşdikləri problemlər barədə danışan nazir R.Usubov transmilli mütəşəkkil cinayətkarlığın qanunsuz miqrasiya, insan alveri, narkotiklərin qeyri-qanuni dövriyyəsi və digər bu kimi təhlükəli növləri ilə mübarizənin bütün dünya ölkələri üçün aktual olduğunu, getdikcə qlobal miqyas alan belə cinayətlərə qarşı dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların birgə mübarizə aparmasının əhəmiyyətini vurğulamışdır.
Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Niderland Krallığının Ədliyyə Nazirliyi arasında cinayət işləri üzrə qeyri-əməliyyat əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanmışdır.
Niderland Krallığının ədliyyə naziri Ernst Xirş Ballin səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edərək Azərbaycanda bütün sahələrdə əldə olunan dinamik inkişafdan, böyük vüsətlə davam edən iqtisadi tərəqqidən məmnunluq duyduğunu bildirmiş, ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə əminliyini ifadə etmişdir. Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında