Azərbaycan və Misir arasında birbaşa hava uçuşlarının təşkili imkanları araşdırılır

 

 

Azərbaycan və Misir arasında birbaşa hava uçuşlarının təşkil edilməsi imkanlarına baxılır.

Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Misirin Qırmızı dəniz ətrafı vilayətinin qubernatoru general Əhməd Abdulla Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin Misirin Xurqada şəhərinə işgüzar səfəri çərçivəsində səfirlə görüşü zamanı bildirmişdir.

Görüş əsnasında Azərbaycan ilə Misir arasında əlaqələrin daha da gücləndirilməsi, xüsusilə turizm sahəsində əməkdaşlığın artırılması imkanları ətrafında müzakirələr aparılmışdır.

Ş.Abdullayev Azərbaycanın sürətli inkişafı, bütün sahələrdə əldə etdiyi nailiyyətlər, vətəndaşlarımızın beynəlxalq turizm səfəri imkanlarının artması, eləcə də ölkəmizdə turizmin inkişafı üçün həyata keçirilən böyükmiqyaslı layihələr haqqında ətraflı məlumat vermişdir.

Ə.Abdulla ölkəsi tərəfindən bütün sahələrdə olduğu kimi, turizm sahəsində də Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi önəm verildiyini və bu xüsusda, Misirin aidiyyəti dövlət qurumları arasında məşvərət xarakterli toplantının keçirildiyini qeyd edərək, bu məqsədlə yüksək səviyyəli nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətində olduğunu diqqətə çatdırmışdır.

Görüş müddətində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında