Mədəniyyət Nazirlərinin VIII İslam Konfransında Azərbaycan İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi Şuraya üzv seçilmişdir

 

 

 

2013-cü il üçün  İslam mədəniyyətinin paytaxtı seçilmiş Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESCO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı keçirilir.

Yanvarın 23-də başa çatacaq konfransda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Mədəniyyət və Turizm  Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfrans çərçivəsində mədəniyyət nazirlərinin “Dialoqun və sülhün inkişafı naminə İslam dünyasında mədəni hüquqların inkişafı” mövzusunda “dəyirmi masa”sı keçirilmişdir.

Bundan əlavə, İslam Dünyasının Mədəniyyət Strategiyasının üzv ölkələr tərəfindən tətbiq edilməsinə dair həmin  ölkələrin nümayəndələrinin və baş direktorun hesabatı dinlənilmişdir.

Konfransın yanvarın 22-də keçirilən iclasında Azərbaycan İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi Şuraya üzv seçilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında