Mətbuat Şurası idarə heyətinin iclası keçirilmişdir

Avqustun 10-da Mətbuat Şurası (MŞ) idarə heyətinin iclası keçirilmişdir.
Əvvəlcə MŞ-nin 2010-cu ilin birinci yarısında gördüyü işlərə dair hesabatı ilə bağlı müzakirələr aparılmışdır. Şuranın sədri Ə.Amaşov ötən ilin müvafiq dövrü ilə müqayisədə MŞ-yə daxil olan müraciətlərin sayının iki dəfə artdığını qeyd etmişdir. Əgər 2009-cu ildə şuraya ümumilikdə 489 müraciət daxil olmuşdusa, 2010-cu ilin birinci yarısında bu rəqəm 444-ə çatmışdır. Sədr ötən müddətdə həyata keçirilən tədbirlər barədə də məlumat vermiş, MŞ idarə heyətinin müvafiq qərarı ilə şuranın "qara siyahı"sından çıxarılan nəşrlərin bəziləri barədə quruma yenidən şikayətlər daxil olduğunu bildirmişdir.
MŞ idarə heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də siyahıdan çıxarılan qəzetlərin bəzilərinin yenə əvvəlki qaydada fəaliyyət göstərdiklərini vurğulamış, belə mənfi halların yolverilməz olduğunu demişdir.
MŞ idarə heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov hesabatı yüksək qiymətləndirmişdir. B.Sadıqov Prezident İlham Əliyevin Mətbuat Şurasında olmasını və geniş nitqini quruma olan etimad kimi yüksək dəyərləndirmişdir.
Sonra MŞ-nin şikayətlər üzrə komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Komissiya Nizamnamə qaydalarına uyğun olaraq iki il fəaliyyət göstərəcəkdir.
Sədr Ə.Amaşov Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə diffamasiya məsələləri və jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsinə dair birgə layihəsi barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, bu ay layihə çərçivəsində iki tədbirin təşkili nəzərdə tutulur. Sentyabrda isə mövzu ilə bağlı geniş beynəlxalq konfrans keçiriləcəkdir. Ə.Amaşov Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına ATƏT tərəfindən təklif edilən tövsiyələr barədə də məlumat vermişdir.
Cari məsələlərlə bağlı müzakirələr zamanı bildirilmişdir ki, jurnalistlərin peşə hazırlığı və təhsilinə dair məsələ Prezident ilə görüşdə də qaldırılmışdır. Ə.Amaşov dövlətimizin başçısının çıxışında məsələ ilə bağlı məqamlara diqqət çəkərək, şuranın təhsil komissiyasının bununla əlaqədar fəaliyyətini gücləndirməsinin zəruriliyini bildirmişdir.
MŞ idarə heyətinin üzvü, qurumun təhsil komissiyasının sədri, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla ali jurnalistika məktəbinin yaradılması təklifi ilə çıxış etmişdir. Bu məktəbdə əsasən KİV-lərdə çalışan və ixtisasca jurnalist olmayanlar üstünlük təşkil edəcəklər.
Müzakirələrdən sonra təhsilin müddəti, ixtisaslaşma, jurnalist kadrların xaricdə təcrübə kursları və digər məsələlərlə bağlı proqram təkliflərin hazırlanması məqsədəuyğun sayılmışdır.
Sonda Mətbuat Şurası nazərət-təftiş komissiyasının yeni sədri Qadir İbrahimli idarə heyətinin üzvlərinə təqdim olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında