“Qremmi” mükafatı laureatı Di Di Bricuoter Heydər Əliyev Mərkəzində çıxış edəcəkdir

 

 

 

Məşhur caz ifaçısı, üç “Qremmi” və “Toni” mükafatları laureatı Di Di Bricuoter fevralın 12-də Bakıda, Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcəkdir.

Heydər Əliyev Mərkəzindən AzərTAc-a bildirmişlər ki, müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsert proqramında məşhur kompozisiyalarını, eləcə də tanınmış amerikalı caz ifaçıları Ebbi Linkoln və Billi Holideyin repertuarından əsərlər ifa edəcəkdir.

Əsl adı Dennis Qarret olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulmuşdur. Karyerasına vətənində başlasa da, onun istedadı Fransada kəşf olunmuşdur.

Di Di Bricuoter ilk professional təcrübəni əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində keçmiş və ötən əsrin 70-ci illərində o, məşhur caz ifaçıları Maks Rouç, Sonni Rollinz, Dekster Qordon, Dizzi Gillepsi kimi məşhur caz ifaçıları ilə birgə çıxış etmişdir. 

1980-ci ildə Fransaya köçən müğənni bir neçə il ərzində Avropanın bütün caz festivallarında iştirak etmiş, özünün orkestrini yaratmışdır.

1998-ci ildə kumiri Ella Fitsceraldın xatirəsinə həsr etdiyi “Əziz Ella”  albomu iki “Qremmi” mükafatına layiq görülmüşdü. Bundan əlavə, onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi “Elanora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə” adlı albomu “Qremmi” almışdır.

Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərmişdir. O, 1975-ci ildə “Viz”  musiqili tamaşasında oynadığı Qlinda roluna görə “Toni” mükafatına layiq görülmüşdür.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında