Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsi ilə bağlı mərasim keçirilmişdir

 

 

 

Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.

Tədbirdə Tacikistan parlamentinin deputatları, dövlət strukturlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, ali təhsil müəssisələrinin, həmçinin Tacikistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.

Səfirliyin foyesində 20 Yanvar faciəsini əks etdirən fotostend nümayiş etdirilmiş, iştirakçılara Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış məlumatlar toplusu paylanılmışdır.  

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov 20 Yanvar hadisələrinin səbəb və nəticələri haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilmişdi. İmperiya ordusu həmin gecə dinc əhaliyə tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc insanı, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdi. Öldürülənlər arasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də olmuşdur.

Səfir qeyd etmişdir ki, hadisə baş verən günün səhəri xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş, Bakıda törədilmiş dövlət terroruna, hərbi cinayətə etirazını bildirmişdi. Beləliklə, dünya bu qanlı hadisələrdən xəbər tutmuşdu.

Qazaxıstanın Tacikistandakı səfirliyinin müşaviri İlyas Karsakov, diasporumuzun üzvləri Amalya Hacıyeva, Mirzə Hüseynov, Tacikistanın Xalq Artisti Xabibullo Abdurazakov, alim Məryəm Davlatova və başqaları 20 Yanvar hadisələri haqqında öz fikirlərini söyləmiş, bu faciəni törədənləri ittiham etmişlər.

Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunmuşdur. 

Qanlı Yanvarla bağlı məlumatlar toplusu Tacikistanın dövlət strukturlarına, səfirliklərə və beynəlxalq nümayəndəliklərə, KİV-ə göndərilmişdir. Bu məlumatlar Tacikistan mətbuatında geniş işıqlandırılmışdır.

Qulu KƏNGƏRLİ

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında