Qroznının küçələrindən birinə Heydər Əliyevin adı veriləcəkdir

Qroznının küçələrindən birinə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı veriləcəkdir.
"Qazeta.ru" Çeçenistan Respublikası hökumətinin mətbuat xidmətinə istinadla yazır ki, bunu Çeçenistan Prezidenti Ramzan Kadırov bildirmişdir.
R.Kadırov demişdir: "Qroznı küçələrindən birinə hamımızın hörmət etdiyi, Sovet İttifaqının və Azərbaycan Respublikasının dövlət və siyasi xadimi Heydər Əliyevin adını vermək barədə qərar qəbul etmişik". Çeçenistan Respublikasının birinci Prezidenti Hacı Əhməd Kadırovla Heydər Əliyevin uzun illər sıx dostluq telləri ilə bağlı olduqlarını vurğulayan Prezident R.Kadırov demişdir: "Heydər Əliyev atamla - Çeçenistan Respublikasının ilk Prezidenti Hacı Əhməd Kadırovla yaxından tanış idi. Tez-tez onu Azərbaycanda qəbul edirdi. Onların səmimi və yaxşı münasibətləri vardı".

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında