Ədliyyə orqanlarında

 

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş və xalqımızın qan yaddaşında əbədi yaşayacaq 1990-cı ilin 20 Yanvar faciəsindən 24 il ötür.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi xalqımızın həm də mübarizliyini, əyilməzliyini nümayiş etdirmişdir. Bu qanlı hadisələrdən nə qədər illər keçsə də, xalqımızın şəhidlərimizə olan ehtiramı daim yaşayır, faciəni törədənlərə isə dərin nifrət bildirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, 20 Yanvar faciəsi ilə əlaqədar ədliyyə işçiləri Şəhidlər xiyabanını ziyarət edərək, qəhrəman Vətən övladlarımızın xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər çiçəklər düzmüşlər.

Nazirlikdə və onun struktur qurumlarında keçirilmiş anma mərasimlərində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, xalqımızın müstəqillik yolunda keçdiyi kəşməkəşli tarixə bir daha nəzər salınmışdır.

Tədbirlərdə qeyd olunmuşdur ki, bəşəriyyətin yeni tarixində ən qanlı səhifələrdən biri olan 1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin respublikamızla  bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə sovet ordusunun xüsusi təyinatlı dəstələri tərəfindən amansız divan tutulmuş, neçə-neçə günahsız insan vəhşicəsinə qətlə yetirilmişdir.

Vurğulanmışdır ki, faciənin ertəsi günü ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə qarşı kəskin etirazını bildirmişdir. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələrinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması, bu faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmış, ona dövlət səviyyəsində hərtərəfli və obyektiv hüquqi-siyasi qiymət verilmişdir.

Çıxışlarda bu qəhrəmanlıq salnaməsinin hər bir azərbaycanlının qəlbində əbədi həkk olunacağı, şəhidlərimizin xatirəsinin ürəklərdə daim yaşayacağı bildirilmiş, 20 Yanvar faciəsini törədən cinayətkarların gec-tez layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunmuşdur.

Nazirlikdə Qanlı Yanvar faciəsi ilə bağlı sənədlərdən, arxiv və fotomateriallardan ibarət xüsusi stend hazırlanmış, eyni zamanda, kinozalda 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmlər nümayiş etdirilmişdir.

Ədliyyə orqanlarında təşkil olunmuş anma tədbirləri çərçivəsində böyük bir qrup ədliyyə işçisi Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan “Fəryad” filminə baxmışlar.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında