Meşə yanğınları nəticəsində yeddi min nəfər evakuasiya edilib

 

 

 

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları tüğyan edir. “The Los Angeles Times”in verdiyi məlumata görə, yanğın yeddi milyon kvadratmetr sahəni əhatə edir.

Yanğın Los-Anceles dairəsinin Qlendora şəhəri üçün də təhlükə yaradıb. Yerli hakimiyyət orqanları yeddi min nəfəri evakuasiya ediblər.

İki gün davam edən yanğın nəticəsində iki ev dağılıb. Daha 500 ev və tikili təhlükə altındadır.

“Breitbart” nəşrinin verdiyi məlumata görə, yanğını söndürmək üçün 700 yanğınsöndürən, onlarca vertolyot və təyyarə səfərbərliyə alınıb.

Fövqəladə Vəziyyət üzrə Federal Agentliyin məlumatına görə, artıq dörd nəfər yanıq xəsarəti alıb. Onların ikisi yanğınsöndürəndir.

Yanğın dağlıq ərazidə baş verdiyindən yanğınsöndürənlər yanğını söndürməkdə çətinlik çəkirlər.

Polislər isə belə hesab edirlər ki, dağlıq ərazidə ocaq qalandığı üçün yanğın baş verib.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında