Azərbaycan əqli mülkiyyət institutlarının səviyyəsinə görə MDB-də liderdir

 

 

 

Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün hesabatına əsasən, bilavasitə əqli mülkiyyət institutlarının səviyyəsinə görə Azərbaycan dünya ölkələri arasında 69-cu yeri tutaraq MDB məkanında şəksiz liderdir: ölkəmiz Qazaxıstandan 4 pillə, Rusiyadan 44 pillə, Ukraynadan 64 pillə irəlidədir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Müəllif Hüquqları Agentliyinin 2013-cü il üzrə fəaliyyəti barədə qısa icmalda deyilir.

İcmalda həmçinin məlumat verilir ki, Azərbaycan bu göstərici üzrə Şərqi Avropanın əksər dövlətlərindən, o cümlədən Polşa (72 yer), Çernoqoriya (76), Xorvatiya (81), Bolqarıstan (104), Rumıniya (110), Albaniya (114), Serbiya (115), Bosniya və Herseqovinadan (135) irəlidədir. 3,7-yə bərabər olan bu göstəriciyə əsasən Azərbaycan inkişaf etmiş ölkələrdən İtaliya və Yunanıstandan geri qalmır və güclü inkişafda olan Hindistanı və Braziliyanı üstələyir.

Digər komponentlərlə yanaşı, əqli mülkiyyətin qorunmasını dolayısı yolla əks etdirən innovasiyalar göstəricisinə görə də Azərbaycan 51-ci yeri tutaraq MDB dövlətləri arasında birinci yeri tutur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında