Vergilər Nazirlyi

 

Mərasimin əvvəlində  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Nazirliyin əməkdaşları qarşısında çıxış edən Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri, professor Rüstəm Məmmədov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirmişdir ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarına görə bu hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

Tədbirdə xüsusi  vurğulanmışdır ki, qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilmiş, faciənin günahkarlarının adları açıqlanmışdır. Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda ulu öndərin heç nədən çəkinmədən Azərbaycan Respublikasının Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu aşkaranə şəkildə nümayiş etdirməsi minnətdarlıq hissi ilə xatırlanmışdır.

Qeyd edilmişdir ki, Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi  ilə bağlı bir sıra fərman və sərəncamlar imzalamış, onun sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olunmuşdur. Şəhidlər Xiyabanındakı möhtəşəm  abidə də məhz onun  təşəbbüsü ilə ucaldılmışdır.

Azərbaycan xalqı 20 Yanvar qurbanlarının xatirəsini bu gün də əziz tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq konkret göstərişlər verir, kompleks tədbirlər həyata keçirilərək  onlara lazımi diqqət və qayğı göstərilir.

Tədbirdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qalx ayağa, Azərbaycan” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında