“Nargis” nəşrlər evində jurnalistlər üçün “Açıq qapı” günü

 

 

Yanvarın 17-də Bakı Biznes Mərkəzində jurnalistlər üçün “Açıq qapı günü” keçirilmişdir. Tədbir “Nargis” nəşrlər evi tərəfindən təşkil edilmişdi.

Mətbuat konfransı formatında keçirilən təqdimatda bu nəşrin nümayəndələri jurnalistikanın problemləri və jurnalistlərin ixtisas səviyyəsinin artırılması üsulları barədə açıq dialoq aparmışlar.

“Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova qeyd etmişdir ki, bu tədbirin məqsədi həmkarları nəşriyyatın layihələri, əməkdaşlıq perspektivləri ilə tanış etməkdir. Bu məqsədlə nəşrlər evi layihələr üzərində işə daha çox media nümayəndəsi cəlb etməyi planlaşdırır. Onların arasında başqa nəşrlərin və onlayn-portalların təcrübəli əməkdaşları ilə yanaşı, yazıları mətbu və ya onlayn nəşrlərdə dərc edilmiş gənc müəlliflər də ola bilər.

Ü.Rəhmanova sonda demişdir: “Layihənin məqsədi ölkədə azərbaycandilli və rusdilli jurnalistikanın ümumi səviyyəsini artırmaqdır. Nəşrlər evi il ərzində müəlliflərlə əməkdaşlıq edəcək, onların fəaliyyətini izləyəcəkdir. Bundan əlavə, ilin yekunlarına əsasən Azərbaycanın hüdudlarından kənarda keçirilən treninqlərdə iştirak etmək üçün beş jurnalist və publisistin daxil olduğu qrup yaradılması planlaşdırılır”.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında