Azərbaycan Təhsil Nazirliyi, “Microsoft”, “Mədəd” və “British Council” arasında əməkdaşlığa dair saziş imzalanıb

Bu gün  Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Microsoft” Korporasiyası, “Mədəd Azərbaycan” və “British Council” təşkilatları “İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və sertifikasiyası” layihəsi çərçivəsində əməkdaşlığa dair saziş imzalayıb.

Layihə çərçivəsində seçiləcək 300-dək ingilis dili müəlliminin pedaqoji bilikləri və təhsildə informasiya texnologiyalarından istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq, beynəlxalq sertifikasiya həyata keçiriləcək və müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək.

Təhsil Nazirliyi layihənin pilot tətbiqi mərhələsində strateji dəstək göstərəcək. “Microsoft” layihə iştirakçılarını “Microsoft” Texnologiyalarla Tədris” məzmununu və qiymətləndirmə alətlərini, müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün “Office365” mühitinin yaradılmasına dəstək göstərəcək. “British Council” təşkilatı “Cambridge ESOL”un “TKT Essentials Test” (Tədris Bilik və Bacarıqları üzrə İmtahan) hazırlıq və müvafiq sertifikasiya alətlərindən istifadəni təmin edəcək. Mədəd Azərbaycan bu layihədə əsas icraçı təşkilat kimi çıxış edəcək. Layihə çərçivəsində nəzərdə tutulan bütün təlimlər “Mədəd” təşkilatı tərəfindən həyata keçiriləcək. Təşkilat həmçinin, layihə iştirakçılarını onlayn ünsiyyət və əməkdaşlıq alətlərinə çıxışla təmin edəcək, sertifikasiyanın koordinasiya və idarə olunmasını dəstəkləyəcək.

“İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və sertifikasiyası”  layihəsi bir illik layihədir və 2014-cü ilin yanvar ayından etibarən icra olunacaq.

 

İbrahim Nizamioğlu,

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında