Rusiya Bakı-Novorossiysk kəməri ilə Qazaxıstan və Türkmənistan neftini nəql edəcək

 

 

Rusiya tərəfi Bakı-Novorossiysk boru kəməri ilə Qazaxıstan və Türkmənistandan ixrac olunan nefti nəql edəcək.

“APA-Economics”in Dağıstan Dövlət Televiziyasına istinadən verdiyi məlumata görə, Rusiyanın “Transneft” şirkəti Bakı-Novorossiysk boru kəmərinin bir hissəsi olan Mahaçqala-Novorossiysk kəməri ilə Mahaçqala dəniz limanına gətirilən neftin nəql olunması üçün limanın qəbuletmə gücünü genişləndirmək niyyətindədir.

 Rusiya şirkəti Mahaçqala limanından gəmilərlə qəbul etdiyi Qazaxıstan və Türkmənistan neftini bu kəmərlə nəql etmək fikrindədir. “Transneft” bununla bağlı “Trafigura” şirkəti ilə danışıqlara başlamışdır. Bu şirkət Türkmənistandan gətirilən nefti konsolidasiya edərək bu kəmərlə nəql edəcək.

 Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) hələ də Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin nəqlinə dair Rusiya tərəfi ilə kommersiya razılaşması bağlamamışdır. Fevral ayının əvvəlində isə “Transneft” şirkətinin Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqlinə dair bütün səlahiyyətləri bitir. Rusiya şirkətinin nümayəndələri isə müqavilə uzadılmayacağı təqdirdə, boru kəmərinin Mahaçqaladan Novorossiyskə qədər olan hissəsinə Dağıstana gətirilən Mərkəzi Asiya neftini vuracağı ilə bağlı şifahi xəbərdarlıq etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında