Andiçmə mərasimi keçirilmişdir

Avqustun 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabaddakı kiçik mütəxəssislərin hazırlığı təlim mərkəzində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları təlim mərkəzində Heydər Əliyev guşəsi ilə tanış olmuşlar.
Mərasimdə çıxış edən DSX rəisinin müavini, general-mayor Məhəmməd Abasquliyev, "N" saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Mehman Yusifov və valideynlər gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmizdə bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də qazanılmış uğurlardan danışmış, respublika sərhədlərinin keşiyində duran əsgərlərə Vətənə sədaqətlə xidmət etməyi, sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə etmişlər.
Gənc əsgərlər Vətənə sədaqət andı içmişlər.
Tədbirin sonunda şəxsi heyət nizamlı addımlarla tribuna önündən keçmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında