Azərbaycan yeni optik sistemlərin və termal nişangahın istehsalına başlayır

 

 

Azərbaycan bu il 3 adda yeni optik sistemin, o cümlədən termal nişangahın istehsalına başlayacaq.

Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyinin Optika-Mexanika İstehsalat Birliyindən məlumat verilmişdir.

Artıq müvafiq məhsulların istehsalı üçün müəssisədə istehsalat sahəsi yaradılmış və zəruri olan bütün sistem qurulmuşdur. Termal nişangah ASELSAN şirkətinin lisenziyası əsasında istehsal ediləcək və bu şirkətin BOA adlı termal nişangahının Azərbaycan analoqu olacaq.

Müəssisə yaxın perspektivdə 3,5-4,5 qat böyütməyə malik optik gecəgörmə vasitələrinin, habelə Silahlı Qüvvələrin ehtiyac duyduğu müxtəlif optik sistemlərin istehsalını həyata keçirməyi planlaşdırır.

Azərbaycanda istehsal edilən STON adlı optik nişangahlar milli istehsal olan 14,5 mm çaplı “İstiqlal” və 12,7 mm çaplı “Mübariz” snayper tüfənglərinin komplektləşdirilməsində istifadə olunur.

Hazırda İstehsalat Birliyinin “Alov” zavodunda Silahlı Qüvvələr üçün 12 adda optik cihaz istehsal edilir. Onların arasında atıcı silahlar, qumbaraatanlar, minaatanlar və toplar üçün optik nişangahlar, kollimatorlar, gecəgörmə vasitələri, durbinlər vardır.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında