“Müavinətlər üzrə axtarış” elektron xidmətindən istifadə qaydaları açıqlanmışdır

 

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə vətəndaşlara təqdim etdiyi “Müavinətlər üzrə axtarış” xidmətindən istifadə qaydalarını açıqlamışdır.

 Mərkəzdən verdiyi məlumata görə, bu xidmət vasitəsilə vətəndaşın “FİN” koduna uyğun sosial müavinətlər haqqında məlumatların əldə edilməsi mümkündür. Bunun üçün “Elektron hökumət” portalına daxil olub ƏƏSMN tərəfindən təqdim olunan e-xidmətlər siyahısından “Müavinətlər üzrə axtarış” xidmətinin adını seçmək tələb olunur. Açılan formanın içində “FİN” sətrində istifadəçinin “FİN” kodu əks olunacaq.

  Məlumatda daha sonra bildirilir ki, istifadəçi əldə etdiyi informasiyanı “PDF” formatında kompyuterinin yaddaşında saxlaya, çap edə, özünün və yaxud başqa şəxslərin elektron poçt ünvanına göndərə bilər.

Qeyd edək ki, istifadəçi müavinət almırsa, bu zaman “FİN” sətrində əks olunan FİN kodu əsasında “göndərmək” düyməsindən istifadə etdikdə, açılan yeni formanın içində heç bir məlumat əks olunmayacaq.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında