Mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri genişlənir

 

 

 

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekovla görüşmüşdür.

Səfir A.Həsənov qəbula görə təşəkkürünü bildirmiş, nazirliklə səfirliyin məhsuldar əməkdaşlıq etdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, Tacikistanın müxtəlif regionlarında və şəhərlərində görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 13 konsert təşkil edilmişdir.

Nazir Ş.Orumbekov səfirlik tərəfindən keçirilmiş bütün mədəni tədbirləri yüksək qiymətləndirmişdir.

Səfir A.Həsənov 2014-cü ildə nəzərdə tutulan mədəni tədbirlər barədə məlumat vermiş, Azərbaycan və tacik dillərində muğam konserti proqramlarının davam etdirilməsinin tədbirlərdə hər iki ölkənin incəsənət xadimlərinin iştirakının məqsədəuyğun olduğunu diqqətə çatdırmışdır.

Nazir Ş.Orumbekov hər iki xalqın mədəniyyətlərinin zənginliyini, qədimliyini və yaxınlığını qeyd edərək, nazirliyin Azərbaycan-Tacikistan münasibətlərinin inkişafına bundan sonra da töhfə verməyə hazır olduğunu ifadə etmişdir. O qeyd etmişdir ki, mədəni əlaqələrimizin inkişafı qarşılıqlı zənginləşmək və təcrübə mübadiləsi baxımından da çox faydalıdır.

Səfir A.Həsənov Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması probleminə toxunaraq, Azərbaycanın işğal olunmuş rayonlarında qədim mədəniyyət abidələrinin, mədəni sərvətlərin vəhşicəsinə məhv edildiyini diqqətə çatdırmışdır.

Görüşdə həmçinin N.Gəncəvi və K.Xucəndi kimi böyük şəxsiyyətlərin ədəbi irsinin öyrənilməsi və tədqiqi məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında