Bakı Neft Emalı Zavodunun texnoloji qurğusunda təmir işləri aparılıb

 

 

 

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 31 nömrəli katalitik riforminq qurğusunun hidro-təmizləmə bölməsində yaranmış nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri uğurla başa çatdırılıb.

Trend ARDNŞ-in rəsmi saytına istinadən məlumat verir ki, həmin bölmədə reaktorun daxilində conson səbətlərinin və reaktorun üst qatının tutulması təzyiqlər fərqinin yaranmasına (normaya görə reaktorda təzyiqlər fərqi 07 atmosferdən artıq olmamalıdır) səbəb olmuşdu. Bununla əlaqədar olaraq, istehsalat sahəsinin işçi personalı tərəfindən səbətlər təmizlənərək bərpa olunub və yerinə quraşdırılıb.

Bundan başqa, təmir zamanı 111 nömrəli kompressorun çıxış xətləri su buxarı ilə təmizlənib, 111 nömrəli sobanın su buxarı xətlərində olan nasazlıqlar aradan qaldırılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında