Azərbaycanın müdafiə naziri Fransada bir sıra görüşlər keçirmişdir

 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir.

Fransanın Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətini bu ölkənin müdafiə naziri Jan-İv Le Drian qarşılamışdır.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.

Sonra nazirlər arasında görüş olmuşdur.

Fransanın müdafiə naziri azərbaycanlı həmkarını Parisdə qəbul etməkdən məmnunluğunu ifadə etmiş, ölkəsinin Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Fransaya rəsmi səfərinin uğurla keçdiyini vurğulamışdır. Z.Həsənov hazırda dövlətlərimizin başçılarının səyləri nəticəsində Azərbaycan-Fransa əlaqələrinin sürətlə inkişaf etdiyini, Parisə rəsmi səfəri çərçivəsində Fransa Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin, həmçinin hərbi sənaye şirkətinin rəhbərləri ilə səmərəli görüşlər keçirdiyini bildirmişdir. Nazir səfərin ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığa mühüm töhfələr verəcəyinə ümidvar olduğunu qeyd etmişdir.

Sonra Azərbaycanın müdafiə naziri fəxri qonaqlar kitabını imzalamışdır.

General Şarl De Qollun xatirə otağında Zakir Həsənov və Jan-İv Le Drian hər iki ölkənin müvafiq nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında texniki anlaşmaya dair sənədi imzalamışlar.

Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Eduard Qiyo ilə də görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Nazir Zakir Həsənov Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə də tanış olmuşdur.

Əsgər ƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında