Azərbaycanda ictimai nəqliyyatda kartla ödəniş sisteminin tətbiqinə başlanmışdır

 

Azərbaycan Nəqliyyat Nazirliyi Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlamışdır.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov Trend-ə bildirmişdir ki, kartın qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənir.

Artıq 1 milyona yaxın kart sifariş verilmişdir. Kartlar Bakıda fəaliyyət göstərən 80 köşkdə satılır.

Hazırda kartlar 10 və 95 saylı marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 650 avtobusda tətbiq olunacaq.

Bu prepaid-kartlar MasterCard bazasında Bank of Azerbaijan tərəfindən buraxılmışdır.

Artıq təxminən 450 min kart hazırdır. Daha bir milyon kart əlavə olaraq sifariş edilmişdir. Kartları Bakıda fəaliyyət göstərən köşklərdən, eləcə də Bank of Azerbaijan-ın filiallarından əldə etmək olar.

Xüsusi qurğular - verifikatorlar artıq paytaxtda fəaliyyət göstərən 1000 avtobusda quraşdırılmışdır.

Kartın balansını köşklərdə, eləcə də xüsusi loqotip olan satış nöqtələrində artırmaq olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında