Dünyanın tanınmış şahmatçıları Vüqar Həşimovun vəfatı ilə bağlı başsağlığı vermişlər

 

 

 

 

Azərbaycanlı qrossmeyster Vüqar Həşimovun Almaniyanın Heydelberq klinikasında 28 yaşında dünyasını dəyişməsi şahmat dünyasını sarsıtmışdır.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytı başsağlığı yaymışdır, tanınmış zəka sahibləri Avropa çempionumuz barədə xatirələrini bölüşmüşlər.

Azərbaycan şahmatının yetirməsi, sabiq dünya çempionu Harri Kasparov Həşimovun ölümünü ağır itki adlandırmışdır: “27 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən mənim bakılı həmkarım, qrossmeyster Vüqar Həşimovun dostlarına və ailəsinə başsağlığımı çatdırıram. Onunla heç vaxt görüşməmişəm. Həşimov dünyanın ən güclü “onluğuna” daxil olmuşdu və bu, onun sağlamlıq problemlərini nəzərə almaqla xüsusilə qeyd edilməlidir. Çox təəssüflənirəm”.

Erməni qrossmeyster Levon Aronyan da təəssüfünü ifadə etmiş və bu itkinin bütün şahmat ailəsinə pis təsir etdiyini vurğulamışdır: “Çox üzücü xəbərdir. Azərbaycanlı idmançılardan eşitmişdim ki, Vüqarın sağlamlığı ilə bağlı ciddi problemi var. Lakin istənilən halda, insan bu yaşda, özü də istedadlı şahmatçı rəhmətə gedirsə, bu, çox acıdır. Onun ölümü mənim üçün çox kədərlidir”.

Dünya reytinqində birinci olan norveçli qrossmeyster, dünya çempionu Maqnus Karlsen isə bildirmişdir ki, Həşimov indiyədək qarşılaşdığı ən istedadlı şahmatçılardan biri idi: “Vüqar Həşimovun ölüm xəbərini eşidəndə çox kədərləndim. O, qarşılaşdığım ən istedadlı şahmatçılardan biri idi. Həmişə hamıya qarşı mehriban, üzügülər olub. Birgə iştirak etdiyimiz yarışlardan xüsusilə “Amber” turniri haqda çoxlu xatirələrim qalıb. Onun ailəsinə və Azərbaycanın bütün şahmat ictimaiyyətinə başsağlığı verirəm”.

Qeyd edək ki, Həşimovun ölümü ilə bağlı komanda yoldaşları, tanınmış şahmatçılardan Hikaru Nakamura, Pavel Elyanov, Naycel Şort, Yan Nepomnyaşiy, Nataliya Poqonina, Yelena Danielyan, Maksim Vaşe-Laqrav, Sergey Karyakin, Aleksandra Kostenyuk və digərləri qrossmeysterin ölümünə kədərləndiklərini bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında