Bakıətrafı qəsəbələrdə içməli su təchizatı sistemi yaradılır

 

 

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakıətrafı kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə bir sıra layihələr həyata keçirir. Bu yaxınlarda isə Abşeron rayonunun Yuxarı Güzdək qəsəbəsində yeni layihənin icrasına başlanılmışdır.   

 

Xatırladaq ki, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən “Yuxarı Güzdək qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yaradılması” layihəsi qəsəbənin 2 minə yaxın sakininin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin  yaxşılaşdırılmasına hesablanmışdır.  Artıq Yuxarı Güzdək qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 315 millimetr diametrli polietilen borularla 5,5 kilometr uzunluğunda  magistral su xətti çəkilmişdir. Layihəyə uyğun olaraq qəsəbə ərazisində hər birinin tutumu 750 kubmetr olan iki ədəd su anbarı tikiləcək, 22 kilometr qəsəbədaxili su şəbəkəsi yaradılacaqdır. İndiyə qədər görülmüş işlər nəticəsində paylayıcı şəbəkənin 8 kilometrlik hissəsində işlər başa çatmış, 220 ünvana birləşmə verilmişdir və sakinlər 24 saat fasiləsiz içməli su ilə təmin olunurlar. Yeni şəbəkənin qurulması ilə paralel olaraq birləşmələrin verilməsi və “smart-kart” tipli sayğacların quraşdırılması tam başa çatdırılacaqdır. Bununla da, Yeni Güzdək qəsəbəsinin içməli su problemi tamamilə aradan qaldırılacaqdır.

 Yeri gəlmişkən, Yuxarı Güzdək qəsəbəsi Abşeron rayonunda içməli su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrindəndir. 2 min nəfərə qədər sakini olan qəsəbənin  kiçik bir hissəsində sakinlər tərəfindən fərdi şəkildə yaradılmış su şəbəkəsi mövcud olmuşdur. Bu da sakinlərin normal su təchizatının həyata keçirilməsinə  imkan vermir, onlar həftədə yalnız bir dəfə qrafiklə su ala bilirdilər. Su şəbəkəsi olmayan yerlərdə isə qəsəbə sakinləri quyu sularından istifadə edir və ya içməli suyu maşınlarla alırdılar.

Yeni Güzdək qəsəbəsində inşası nəzərdə tutulan 21 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 1,5 kilometrlik hissəsində də işlər başa çatdırılmışdır.

M. YAQUBZADƏ,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında