Macarıstanın Buqats bölgəsində böyük qurultay keçirilmişdir

Avqustun 6-dan 8-dək Macarıstanın Buqats bölgəsindəki Kişqunşaq milli parkında Macar - Turan Fondunun təşkilatçılığı ilə türk-hun dünyasının birliyini təcəssüm etdirən tayfa yığıncağı - Böyük Qurultay keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd türk-hun dünyası təmsilçilərinin bir araya toplanması və onların milli mədəniyyət nümunələrinin nümayişidir.
Qurultay sayca üçüncü olmuş, bundan əvvəl 2007-ci ildə Qazaxıstanda, 2008-ci ildə isə Macarıstanda belə tədbir təşkil olunmuşdur. Cari qurultay iştirakçı dövlətlərin sayının çoxluğu və miqyası baxımından fərqlənmişdir.
Azərbaycanı tədbirdə professor M.Kərimovun rəhbərliyi altında Qədim Musiqi Alətləri Ansamblı, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin muzey sektorunun aparıcı məsləhətçisi M.Vahabova, YUNESKO-nun Azərbaycan üzrə milli komissiyasının I katibi Günel Əfəndiyevadan ibarət nümayəndə heyəti təmsil etmişdir.
Tədbirdə Azərbaycandan əlavə, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Monqolustan, o cümlədən Başqırdıstan, Tatarıstan, Yakutiyadan da nümayəndə heyətləri iştirak etmişlər.
Avqustun 7-də qurultayın rəsmi hissəsinin keçirildiyi gün Azərbaycanın Macarıstandakı səfiri V.Quliyev çıxış etmiş, Avropanın mərkəzində türk dünyası təmsilçilərini bir araya gətirən tədbirin xalqların daha da yaxınlaşması baxımından əhəmiyyətini bildirmiş və təşkilatçılara təşəkkürünü ifadə etmişdir.
Azərbaycanı təmsil edən Qədim Musiqi Alətləri Ansamblı tamaşaçılar qarşısında konsert proqramı ilə çıxış etmişdir. Ansamblın çıxışları böyük maraqla qarşılanmış və sürəkli alqışlarla müşayiət olunmuşdur.
Qurultayda ümumilikdə 170 mindən artıq nümayəndə iştirak etmişdir.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Budapeşt

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında