İsmayıllıda sürətli inkişaf məsələləri müzakirə edilmişdir

 

 

Bu məqsədlə  5 yanvar 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində  İsmayıllı rayonunun növbəti 5 ildə sosial-iqtisadi inkişafının  müzakirəsinə həsr olunmuş dəyirmi masa arxasında söhbət keçirilmişdir. Buraya rayondan kənarda yaşayan  elm adamları, tanınmış ziyalılar, hüquq və səhiyyə işçiləri, sahibkarlar, rayonun aparıcı sahələrində çalışan mütəxəssislər, təcrübəli, pensiyada olan müxtəlif sahə rəhbərləri dəvət olunmuşdular.

Doğma yurdunun təəssübünü çəkən, onun  inkişafı üçün qüvvəsini sərf etmək istəyən  alimlər, hüquqşünaslar, həkimlər, hüquq-mühafizə orqanlarında çalışanlar, ali məktəb müəllimləri vətənsevərliklərini öz mütəşəkkil gəlişləri ilə ifadə etdilər.

Dəyirmi masada çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd etdi ki,  dəvət olunanlardan maddi nəsə istənilmir. Azərbaycan Respublikasının Prezidenti cənab

İlham Əliyevin verdiyi sərəncamlara uyğun olaraq rayonun sosial-iqtisadi, aqrar, nəqliyyat, yol problemlərini müvəffəqiyyətlə həll edilir. 2013-cü il 14 avqustda cənab Prezidentin İsmayıllıya  səfəri zamanı bütün əhalimiz bir  daha yəqin etdi ki, rayonumuz onun xüsusi qayğısı ilə əhatə olunub. Bu qayğının nəticəsi olaraq bölgəmiz sürətli inkişafdadır, sosial-iqtisadi yüksəlişdədir. Sizin isə  düşünülmüş məsləhətlərlə, müasir  iqtisadi idarəetmə yollarını göstərməklə, rayonun  çoxsahəli potensiallarını nəzəri və  praktik baxımdan üzə  çıxarmaqla iştirakınıza  ehtiyac  duyulur. İş, biznes qurmaq istəyənlər üçün  İsmayıllıda səmərəli mühit və şərait vardır. Bu sahədən və vaxtsa  mövcud olmuş maneələr tamamilə  aradan  qaldırılmışdır. Sizinlə  birgə işləməkdən  rayonumuz ancaq  xeyir tapa bilər. Elə bu  düşüncə bu gün bizi bir araya gətirib.

Sonra iqtisad elmlər doktoru, professor, bu yaxınlarda Yaponiyada səfərdə olmuş  Rəsul Balayev inkişafın  bu ölkəyə məxsus təcrübəsindən,  istifadə imkanları barədə  danışdı.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev beşillik  perspektiv inkişafın  proqnoz layihələri ilə iştirakçıları tanış etdi.

Hüquq elmləri namizədi, QMİ-nin aparat rəhbəri Simran Həsənov, BDU-nun tədris  işləri üzrə prorektoru İbad İbadov, ADNA-nın dosenti Arif Əzizov, coğrafiyaşünas alim   Qadir Bayramlı, şair Musa Yaqub, QHT sədri Rasim Şərifli , professor, İnşaat Mühəndisləri Universitetinin  kafedra müdiri Həbib Ocaqov və başqaları çıxış edib, səmərəli təkliflərini verdilər.

İqtisad Universitetinin kafedra  müdiri, professor  Alıcan Abbasov  təklif  etdi ki, əslən İsmayıllıdan olub Bakı şəhərində fəaliyyət göstərən elm, təhsil, səhiyyə işçiləri və iş adamları üçün koordinasiya şurası və ya İsmayıllının inkişafına (inkişaf istiqamətlərinə uyğun) ictimai dəstək qrupları yaradılsın. Milli Məclisin deputatları  Novruz Aslanov və Ərəstun Cavadov çıxış edərək irəli sürülən təşəbüsləri alqışladılar, perspektiv inkişafda  özlərinin necə  iştirak edəcəklərini bildirdilər.

Qərara alındı ki, bu tip tədbirlər elmi praktik seminar həm də həmyerlilərin görüşü kimi qiymətləndirilsin. Bir sözlə, tədbirin məzmunu  çox xeyirli və səmərəli oldu. Gələn qonaqlar da, yerli məsul işçilər də, mütəxəssislər də  bundan sonra rayonun inkişafı üçün nə edəcəklərini müəyyənləşdirdilər.

İlqar HƏSƏNOV,

 “Xalq qəzeti”nin

 bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında