Azərbaycanla Tacikistan arasında KİV sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

 

 

 

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan hökuməti yanında Televiziya və Radio Verilişləri Komitəsinin sədri Asadullo Rahmanovla görüşmüşdür. Səfir ikitərəfli münasibətlərin inkişafından danışmış, Azərbaycan və Tacikistanın dövlət başçıları arasındakı səmimi və mehriban münasibətləri yüksək qiymətləndirmişdir. Qardaş ölkələr arasında bütün sahələrdə, həmçinin KİV sahəsində əlaqələrin dinamik inkişaf etdiyi bildirilmişdir.

Diplomat demişdir ki, 2013-cü ildə Azərbaycanda və dünya ölkələrində ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə müxtəlif tədbirlər keçirilmişdir. Onun sözlərinə görə, səfirlik də bu münasibətlə silsilə tədbirlər təşkil etmiş, Azərbaycandan dəvət olunmuş “Aypara”, “Qarabağ” və “Bakı” musiqi qrupları Düşənbə, Kurqan-Tube, Xoroq, Şuqnan, Kulyab, Xocənd və Nurek şəhərlərində 13 konsert vermişlər. Habelə böyük bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Azərbaycan və tacik incəsənət ustalarının ifasında tamaşaçılara təqdim olunmuş, bu haqda Tacikistanın televiziya və radio kanallarında, o cümlədən mətbuatda geniş materiallar yer almışdır.

Səfir jurnalistlərin, rejissorların qarşılıqlı səfərlərinin təşkil edilməsinin, o cümlədən hər iki xalqın görkəmli tarixi şəxsiyyətləri və ictimai-siyasi xadimləri haqqında birgə filmlər çəkilməsinin, eləcə də Azərbaycan və Tacikistanın televiziya və radio kanallarında zəngin mədəniyyətə, qədim tarixə malik iki xalqın siyasi, ictimai, sosial həyatına dair verilişlər hazırlanmasının vacibliyinə toxunmuşdur.

Tərəflər Azərbaycan və Tacikistanın ayrı-ayrı televiziya kanalları arasında birbaşa əlaqələrinin yaradılmasının əhəmiyyətini də qeyd etmişlər.

Asadullo Rahmanov Tacikistanın televiziya kanallarında Azərbaycan tarixinin və mədəniyyətinin, sosial-iqtisadi inkişafının işıqlandırılmasına, həmçinin muğam sənətinin və müasir musiqisinin, kino və videofilmlərin nümayiş etdirilməsinə hazır olduqlarını bildirmişdir. 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında