Texniki şərtlərin verilməsi qaydaları sadələşdirildi

 

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

Son illər Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda yeni su təchizatı və kanalizasiya infrastrukturlarının yaradılması  xidmət göstərilən abunəçilərin əhatə dairəsinin genişlənməsinə səbəb olmuşdur. Bunun nəticəsində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinə qoşulan abunəçilərin sayında ciddi artım müşahidə olunur.

Bu sahədə görülmüş işlərlə  paralel olaraq istehlakçıların su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün texniki şərtlərin verilməsi qaydalarının sadələşdirilməsi istiqamətində növbəti addım atılmışdır. Belə ki, indiyədək Bakı şəhəri və Abşeron rayonunda yaşayanlar texniki şərt almaq üçün birbaşa “Azərsu” ASC-yə müraciət edirdilər. Bu sahədə aparılan islahatlar nəticəsində yerli sukanal idarələrində texniki şərtlərin verilməsi üçün lazımi şərait yaradılmışdır. Artıq abunəçilər sənədlərini rayon sukanal idarələrinə təqdim edib texniki şərtləri oradan ala bilərlər. Texniki şərt almaq üçün şəxsiyyət vəsiqəsinin, həmçinin mənzillərin mülkiyyət hüququnu təsdiq edən və ya torpaqayırma sənədinin surətləri təqdim edilməlidir.  Müraciət edildikdən sonra “Azərsu” ASC-nin müvafiq sukanal idarəsinin mütəxəssisləri sifarişçinin su təchizatı və kanalizasiya sistemlərinə qoşulacaq fərdi yaşayış evinə və ya torpaqayırma sənədlərində göstərilən əraziyə yerində baxış keçirir, birləşmənin eskizini hazırlayır və “Su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq üçün texniki şərtlərin verilməsi” Qaydalarının tələblərinə uyğun olaraq sənəd təsdiq edilir.

Tətbiq olunan yeniliklər nəticəsində texniki şərtlərin verilmə müddəti də azaldılmışdır. Belə ki, indiyədək texniki şərtlərin hazırlanması və təsdiqi prosedurası  üçün 15 gün vaxt müəyyən edilmişdisə, artıq bu ildən vətəndaşlar həmin sənədlə cəmi üç iş günü ərzində təmin olunurlar. 

“Azərsu” ASC-dən onu da bəyan etmişlər  ki, əhali qrupu üçün texniki şərtin verilməsi, eləcə də  sayğaclarının quraşdırılması pulsuzdur. Yeri gəlmişkən, texniki şərtin verilməsi və ya sayğacların quraşdırılması zamanı hər hansı bürokratik amillə rastlaşan vətəndaşlar səhmdar cəmiyyətin 955 saylı “qaynar xətti”nə zəng edib məlumat verə bilərlər.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında