Litvanın xəbər portalında “1993-cü il Azərbaycan üçün nə ilə əlamətdar olmuşdur?” sərlövhəli məqalə dərc edilmişdir

 

 

 

Keçən il dekabr ayında Litvanın Slaptai.lt portalında “Axı terrorçular təkcə müsəlmanlar deyil...” adlı məqalə dərc edilmişdir. Bu məqalədə erməni terror təşkilatları tərəfindən 1973-1987-ci illərdə Parisdə, Berlində, Melbrunda, Torontoda, Vyanada, Lissabonda, Frankfurtda və Brüsseldə türkiyəli diplomatlara, tarixçilərə və jurnalistlərə qarşı törədilmiş terror aktlarından söhbət açılırdı.

Litvalı məşhur jurnalist, tarixçi Gintaras Visotskas bu mövzuda yazılarını davam etdirərək həmin portalda  “1993-cü il Azərbaycan üçün nə ilə əlamətdar olmuşdur?” sərlövhəli məqalə dərc etdirmişdir. Litvalı jurnalist Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən hazırlanmış “Erməni terror və bandit dəstələrinin bəşəriyyət əleyhinə cinayətləri (XIX-XX əsrlər)” adlı Qısa Xronoloji Ensiklopediyaya istinadla Türkiyənin və Azərbaycanın mürəkkəb, faciəli və çox vaxt təhrif edilən tarixini araşdırır. G.Visotskas 1993-cü il fevralın 3-də Riqada jurnalist Tatyana Çaladzeyə müəmmalı sui-qəsd barədə söhbət açaraq göstərir ki, o vaxt “Latvijas Laiks” qəzetinin baş redaktoru olan Çaladze Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri barədə yazırdı. Müəllif qeyd edir ki, Tatyana Çaladze erməni terror təşkilatlarının bəşəriyyət əleyhinə törətdiyi cinayətlər haqqında məsələni açıq şəkildə qaldırmış ilk əcnəbi jurnalistlərdən biri idi. Məqalədə jurnalist T.Çaladzenin öz xatirələri də yer almışdır. “Cinayətlər” ensiklopediyasında göstərilir ki, iki erməni gənc “Ayastan” (Ermənistan) deyə qışqıraraq T.Çaladzeyə hücum etmiş və ona azı üç dəfə atəş açmışdı. Çaladzeni sürücü xilas etmişdi.

Latviyalı jurnalistlərin çoxu başa düşürdü ki, Tatyana Çaladzeyə qarşı terror aktı törədilməsinə səbəb onun Azərbaycanın haqq işini dəstəkləməsi idi.

Gintaras Visotskas yazır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanın silahlı dəstələri və terror təşkilatları tərəfindən Azərbaycanın dinc vətəndaşlarına və azərbaycanlılara rəğbət bəsləyən əcnəbilərə qarşı hücumları 1993-cü ildə də davam etmişdir. Litvalı jurnalist göstərir ki, həmin dövrdə Kəlbəcər rayonunda terror aktları törədilmiş, Azərbaycanın İstisu qəsəbəsi yandırılıb külə döndərilmiş, Bakıda sərnişin vaqonu partladılmış, ermənilər Azərbaycanın Ağdam şəhərinə və Ağdam rayonunun digər ərazilərinə, Azərbaycanın Füzuli və Cəbrayıl şəhərlərinə hücum etmişdilər.

Məqalədə Azərbaycan Prezidenti Heydər Əliyevin rəsmi bəyanatına istinadla qeyd edilir ki, “avantürist erməni millətçilərinin separatçılıq siyasəti ucbatından” bir milyona yaxın azərbaycanlı qaçqın vəziyyətinə düşmüş, Azərbaycan öz ərazisinin təxminən 20 faizini itirmişdir. Azərbaycanın işğal edilmiş ərazilərində yüzlərlə tarixi, dini və mədəni abidə dağıdılmışdır.

Ermənilər işğal etdikləri ərazilərdə nüvə tullantıları yerləşdirir, qoruqlardakı yüzillik ağacları kəsir, onların yerində narkotik xüsusiyyəti olan bitkilər yetişdirirlər.

Gintaras Visotskas vurğulayır ki, bu məlumatları yadda saxlamağa dəyər: bir milyona yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuşdur. Azərbaycanın ərazisi 20 faiz azalmışdır. Yeri gəlmişkən, Azərbaycanın itirilmiş torpaqları çox münbit və faydalı qazıntılarla zəngin torpaqlardır.

Nigar CƏFƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında