Lerikdə bayram şənlikləri

 

 

 

Ucqar dağlıq bölgə olan Lerik rayonunda Yeni il bayramı münasibətilə maraqlı tədbirlər keçirilmişdir. Lerik şəhərinin  bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında Yeni il rəmzi olan “Yolka” ətrafında Şaxta baba və Qar qızın çağırışı ilə rayon icra hakimiyyəti, idarə, təşkilat və müəssisə işçiləri, ağsaqqallar, məktəblilər ümumrayon tədbirinə və bayram konsertinə toplaşmışdı.

İcra hakimiyyətinin məsul işçisi Əlipənah Bayramov tədbiri açıq elan edərək öncə rayon rəhbərliyinin ən xoş arzularını və təbriklərini sakinlərə çatdırdı. O, 2013-cü ildə ümummilli lider Heydər  Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə  respublikanın bütün regionlarında olduğu kimi, rayonda da həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verdi. Natiq dövlət başçısının Lerikin sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamların əhali tərəfindən razılıqla qarşılandığını və bu işlərin 2014-cü ildə də davam etdiriləcəyini diqqətə çatdırdı.

Şənlikdə çıxış edənlər iştirakçılara yeni ildə daha gözəl həyat, sevinc və fərəh arzuladılar.

Daha sonra rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivinin hazırladığı nömrələr səsləndirildi. Şaxta baba uşaqlara hədiyyələr payladı.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”nin

 bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında