İzmir şəhərində azərbaycanlıların bayram tədbiri

 

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Türkiyənin İzmir şəhərində yaşayan azərbaycanlıların bayram tədbiri keçirildi. İzmir şəhərinin mərkəzində yerləşən “Konak Western” otelində təşkil olunan tədbir Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan təhsil  və mədəniyyət təşkilatı, İzmir-Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyətinin birgə dəstəyi ilə baş tutmuşdur.

 Mərasimdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tarixiylə əlaqədar iştirakçılara ətraflı məlumat verilmiş və bu günün tarixi dəyərindən söhbət açılmışdır. Sonra Azərbaycan təhsil və mədəniyyət təşkilatınin sədri Rəşad Abdullayevin tədbir iştirakçılarına ünvanlamış  məktubu oxunmuşdur.

Tədbirdə çıxış edən Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Asif Kurban 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün Azərbaycan tarixindəki önəmindən bəhs etmiş, bu günün hər bir azərbaycanlının həyatında önəmli bir tarix olduğunu qeyd etmışdir O bildirmışdir ki, bu gün çoxmilyonluq Azərbaycan diasporunun ən mötəbər bayramlarından biri kimi qeyd edilir. Bu şərəfli ənənə ildən- ilə daha geniş vüsət alır və azərbaycançılıq siyasətinin həyata keçirilməsində əvəzsiz rol oynayır. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. İndi  bu tarixi qərarın nə kimi siyasi bir dəyəri olduğu özünü təsdiq edir. 50 milyon azərbaycanlı səfərbər olub, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü bayram edir.

Azərbaycanı tanıtmaq, onun möhtəşəm tarixinə və bu gününə, haqq işinə adamları inandırmaq ümdə vəzifəmizdir. Sevinirik ki, Azərbaycanın bugünkü inkişafı bütün dünyanın diqqət mərkəzindədir. İndi dünyanın hər yerində bu inkişaf mətbuatın, konfrans və toplantıların mövzusu kimi diqqəti cəlb edir. Amma uğurlarımızla bərabər, qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə də dayanır, – deyən Asif Kurban onu da bildirmişdir ki, xaricdə yaşayan həmvətənlərimiz və təhsil alan tələbələrimiz arasında azərbaycançılıq ideyaları, milli mənəvi dəyərlərimiz getdikcə daha dərin kök salır. Onlar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, mədəni və işgüzar həyatında mühüm mövqelərə sahib olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya təqdim olunmasına, maddi və mənəvi irsimizin təbliğinə, ölkəmiz əleyhinə yönəlmiş ideoloji təxribatların qarşısının alınmasına da öz töhfələrini verməkdədirlər.

  Bu yöndə əllərindən gələni etdiklərini vurğulayan Asif Kurban bundan sonra da bu kimi fəaliyyətlərini davam etdirəcəklərini söylədi, tədbir iştirakçılarına xoşbəxtlik, firavanlıq və uğurlar arzuladı. O, qarşıdan gələn yeni ilin həm Azərbaycan, həm də  soydaşlarımız və tələbələrimiz üçün  uğurlu olmasını arzuladı.

 Daha sonra İzmirdə təhsil alan tələbələrin nümayəndəsi və İzmir-Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyətinin sədr müavini Cavid Əliyev tədbir iştirakçılarını təbrik etdi, azərbaycanlıların  bir araya gələrək belə gözəl şənliklər təşkil etməsinin sevindirici bir hal olduğunu, belə həmrəyliyə hər kəsin ehtiyacı olduğunu qeyd etdi və izmirli tələbələr adından təşkilatçılara təşəkkürlərini bildirdi. 

 İzmirdə bakalavr, magistratura, doktorantura və tibb sahəsində uzmanlıq təhsili alan tələbələrlə yanaşı, İzmir Universitetləri müəllimlərinin, tələbələrin təhsil almasına kömək edən şəxslərin, qeyri-hökumət təşkilatlarının  nümayəndələrinin, iş adamlarının, diaspor nümayəndələrinin və İzmir şəhəri rəsmilərinin iştirak etdikləri tədbir Azərbaycan milli musiqisini səsləndirən sənətçilərin çıxışları ilə davam etdi.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında