Hollandiyada yetişdirilən yeni gül növünə “Azəri” adı verilmişdir

 

 

Hollandiya - Azərbaycan Dostları Cəmiyyətinin təşəbbüsü ilə Hollandiyada Azərbaycan xalqının şərəfinə xrizantema gülünün “Azəri” adlı yeni növü yetişdirilmişdir. Bu barədə məlumatı Hollandiya -Azərbaycan Dostları Cəmiyyəti yaymışdır. Bununla da Niderland Krallığının tarixində ilk dəfə olaraq gülün xalqın şərəfinə adlandırılması ilə bağlı sertifikat verilmişdir.

Qeyd edək ki, 2013-cü ilin mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda keçirilən Gül bayramında Azərbaycanın Holland Dostları Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü) yeni növünə qürurlu, ləyaqətli, cəsarətli Azərbaycan xalqının “Azəri” adının verilməsi qərara alınmışdır.

Bununla bağlı Gül bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilmişdir. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və “DufoA” Assosiasiyasının prezidenti Marion van der Veqt imzalamışlar.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, artıq dünyada xalqın adının verildiyi yeganə gül də həyata vəsiqə almışdır. Hollandiya-Azərbaycan Dostları Cəmiyyəti gələcəkdə də dahi yazıçılarmızın, şairlərimizin və tarixi şəhərlərimizin adı ilə adlandırılacaq güllərin dünyada ən çox ziyarətçisi olan Keukenhof parkında əkilməsini planlaşdırır.

  Daha iki gül - “Alstrumeriya” adlı tünd qırmızı gül növü məqsədyönlülük simvolu kimi hər bir azərbaycanlının yaralı yeri olan Qarabağın, ağ rəngli gül isə hüzn simvolu kimi Şuşa şəhərinin şərəfinə yetişdirilmişdir.  Tünd qırmızı gül, əsasən, qan və atəş təsəvvürünü yaradır. Bu, bir tərəfdən, gözəllik və həyat, digər tərəfdən isə intiqam və müharibəni  simvolizə edir. Ağ rəng gül isə bir növ digər rəngləri neytrallaşdırır, matəmi və kədəri ifadə edir.

Hollandiya-Azərbaycan Dostları Cəmiyyəti Hollandiyada yetişdirilən yeni gül növünün Azərbaycanın işğal edilmiş ərazilərindən biri olan Xocalının şərəfinə “DufoA” adlandırılması təşəbbüsünü irəli sürmüşdür.

Samirə ƏLİYEVA,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında