MTRŞ: Ümid edirik ki, aztəminatlı ailələrə dekoderlərin verilməsi barədə Nazirlər Kabinetinə müraciətimiz müsbət həllini tapacaq

 

 

 

“Aztəminatlı ailələrə dekoderlərin verilməsi məsələsi öz həllini tapanadək, analoq yayımın rəqəmsal yayımla paralel davam edəcəyi gözlənilir”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov demişdir.

Hazırda rəqəmsal yayımın analoq yayımla bərabər davam etdiyini söyləyən T. Məmmədov bildirmişdir ki, dekoderlərə tam keçid yalnız analoq yayım dayandırıldıqdan sonra nəzərdə tutulmuşdur: “Analoq yayım tam dayandırılmamışdır. Rəqəmsal tuneli olmayan izləyicilər analoq yayımla da proqramları izləyə bilər”.

T.Məmmədov MTRŞ-nın Nazirlər Kabinetinə əhalinin aztəminatlı kateqoriyasına rəqəmsal yayım siqnallarını qəbul etmək üçün dekoderlər paylanılması ilə bağlı etdiyi müraciətin yaxın vaxtlarda həll olunacağını vurğulamışdır: “Hələ ki həmin ailələrə dekoderlər paylanılmamışdır. Amma bu proses davam edir. Ümid edirik ki, Nazirlər Kabinetinə etdiyimiz müraciət müsbət həllini tapacaq. Demək olar ki,  bu iş yaxın vaxtlarda yekunlaşacaq”.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov isə APA-ya açıqlamasında bildirmişdir ki, yanvarın 1-dən rəqəmsal yayıma keçidin tam başa çatması ilə vətəndaşların xarici kanallara açıq paketdə baxması məhdudlaşdırılıb: “Xarici telekanallar bağlı rejimə keçirilərək kodlaşdırılmışlar. Yerli kanallar yenə açıq şəkildə yayımını davam etdirir. Xarici kanallara baxmaq istəyənlər kabel operatorlarından birinə və ya “ATV+” paketinə qoşulmaqla baxa bilərlər. Xarici kanallar “ATV+” paketinə daxil edilmişdir. Vətəndaşlar xarici kanalların yayımından istifadə edə bilmək üçün bu paketə qoşulmalıdırlar. Paketin qiyməti 9 manatdır və TV paketə 86 xarici kanal daxildir".

Anoloq yayımın rəqəmsal yayımla paralel getdiyini söyləyən V. Abbasov qeyd etmişdir ki, hazırda ölkə ərazisində yayımlanan yerli kanallar (AzTV, Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider TV, İTV, Xəzər TV, ATV və Space TV) eyni qaydada analoqda da, rəqəmsal yayımda da yayımlanır: “Hər ikisi açıq yayımdadır. Sadəcə, xarici kanallar bağlıdır. Yayımı dayandırılan xarici kanallar sosial paketdən çıxarılmış və ödənişli TV paketinə əlavə edilmişdir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında