Bakıda daha bir böyük yol qovşağı bu ilin I rübündə istifadəyə veriləcək

 

 

Bakıda Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində - Xutor dairəsində yerləşən yol qovşağı kompleksinin tikintisi ilə bağlı layihənin 2014-cü ilin birinci rübündə başa çatdırılması planlaşdırılır. Bu barədə “Trend”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirmişdir.

Onun sözlərinə görə, hazırda həmin yol qovşağı kompleksinin tikintisi işləri davam etdirilir. Yol qovşağı kompleksinə üç tunel və bir yol ötürücüsü daxildir. Hazırda tunellərin ikisində - birinci və ikinci tunellərdə üzlənmə, üçüncü tuneldə torpaq qazma, paralel olaraq Cəlil Məmmədquluzadə küçəsi (keçmiş Papanin küçəsi) istiqamətində üzlənmə işləri həyata keçirilir: “Birinci tunel nəqliyyat vasitələrinin 3-cü mikrorayon dairəsindən Xutor dairəsinə daxil olmadan Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) kəsişməsi istiqamətinə, ikinci tunel Ə.Salamzadə küçəsindən Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə, üçüncü tunel Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən Ə.Salamzadə küçəsinə maneəsiz hərəkətini təmin edəcək.

Yol ötürücü isə Ə.Salamzadə küçəsindən gələn nəqliyyat vasitələrinin Hüseynbala Əliyev küçəsinə hərəkətini təmin edəcək: “Burada tikinti-quraşdırma işləri, demək olar ki, 80 faiz başa çatmışdır. Artıq yol ötürücüsünün üzərinə asfalt-beton örtüyü vurulmuş, məhəccərlər quraşdırılmışdır. Yalnız müəyyən hissədə işıqlandırma və məhəccərlərin quraşdırılması işləri qalmışdır. Layihənin bu ilin birinci rübündə başa çatdırılması planlaşdırılır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında