Azərbaycanın və Özbəkistanın dövlət tibb kitabxanaları arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır

 

 

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanası ilə Özbəkistan Səhiyyə Nazirliyinin Dövlət Tibb Kitabxanası arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

AMM-nin təşəbbüsü ilə memorandumu əvvəlcə Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva, sonra isə Daşkənddə Özbəkistan Tibb Kitabxanasının direktoru Faina Bolkunova imzalamışlar.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Faina Volkunova iki ölkə arasında bu sahədə əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd etmişlər.

Memoranduma əsasən, hər iki kitabxana arasında əlaqələrin inkişafı Azərbaycan və Özbəkistanın qanunları ilə həyata keçirilir. Sənədə görə, bu elm mərkəzləri arasında informasiya, kitab, jurnal və elektron resursların mübadiləsi nəzərdə tutulur. Hər iki kitabxana əks tərəfin uğurları ilə bağlı guşənin yaradılmasını da öhdəsinə götürür. Tərəflər elektron kitabxana və kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsinin aparılması haqqında da razılığa gəlmişlər.

Sənəddə deyilir ki, bu sahədə birgə konfrans, seminar və kursların keçirilməsi də nəzərdə tutulur.

İştirakçılar ulu öndər Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı kitablardan ibarət sərgiyə də tamaşa etmişlər.

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında