Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu başa çatmışdır

 

 

 

Prokurorluq orqanlarında 2002-ci ildən tətbiqinə başlanılan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq daha da geniş vüsət alan qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi prokurorluğun kadr tərkibinin mütərəqqi və şəffaf prosedurlar əsasında formalaşdırılmasına və yüksək peşə hazırlığı, zəngin dünyagörüşü ilə fərqlənən gənc hüquqşünasların prokurorluqda qulluq keçmək arzusunun reallaşmasına geniş imkanlar yaratmışdır.

Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar 100 ştat vahidi üzrə elan edilmiş növbəti müsabiqə ilə bağlı sənədlərin qəbulu 2013-cü il 30 dekabr tarixdə başa çatmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müsabiqədə iştirak üçün müraciət etmiş şəxslərdən qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən 373 namizədin sənədləri qəbul edilmişdir.

Sənədlərini təqdim etmiş namizədlərin peşə hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığının və layiqliliyinin müəyyən olunması məqsədi ilə müsabiqənin aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı) və müsahibədən ibarət mərhələləri cari ildə təşkil ediləcəkdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə keçiriləcək test imtahanının vaxtı, yeri və imtahanla bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Baş Prokurorluğun qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.

Namizədlərin diqqətinə çatdırılır ki, test tapşırıqlarının hazırlanmasında Azərbaycan Respublikasının Konstitusiyasından, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual və Əmək məcəllələrindən, həmçinin “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlardan, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasından istifadə edilmişdir.

Əlavə məlumat almaq üçün 492-62-23, 492-63-62, 437-28-56 və 492-74-32 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında