Ümumgürcüstan katalikos patriarxı: Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha böyük uğurlar qazanacaqdır

 

Ümumgürcüstan katalikos patriarxı II İlya Yeni il münasibətilə AzərTAc-ın xüsusi müxbirinə müsahibə vermişdir.

II İlya demişdir: “Yeni il yeni arzular, yeni niyyətlər ilidir. Mən zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı səmimi qəlbdən təbrik edirəm. Gürcüstan və Azərbaycan xalqlarının münasibətləri tarixən dostluq, mehribanlıq, səmimilik köklərinə söykənmişdir. Əminəm ki, dostluq münasibətlərimiz bundan sonra da davam edəcəkdir”.

II İlya daha sonra demişdir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qardaş ölkənin beynəlxalq aləmdə qazandığı uğurlar bizi sevindirir və ümidvaram ki, bu nailiyyətlər daha da artacaqdır”.

Sonda Ümumgürcüstan katalikos patriarxı bir daha qardaş Azərbaycan xalqını Yeni il münasibətilə təbrik etmişdir.

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında