“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsi çərçivəsində gecə keçirmişdir

 

 

 

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Gorqud Plaza” otelində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsi çərçivəsində gecə keçirmişdir.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra gecəni giriş sözü ilə açan TUMİB-in  sədri Çingiz Bayramov bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” müdrik kəlamı qardaş Türkiyədə təhsil almış məzunlarımız üçün də qürur mənbəyidir. Məhz bu fikrin daşıyıcıları kimi deyə bilərəm ki, tədbirimizin adı heç də  təsadüfü seçilməmişdir. Bu tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, eyni zamanda, Yeni il ərəfəsində qardaş Türkiyə universitetlərinin məzunlarının iştirakı ilə təşkil edilmişdir.

TUMİB-in sədri bildirmişdir ki,  “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsi çərçivəsində  dörd istiqamət üzrə - rəsm, şeir, mahnı və gənc jurnalistlər arasında yazı müsabiqələri təşkil olunmuşdur. Onlarla yeniyetmə və gəncin müsabiqəyə qatıldığını deyən Çingiz Bayramov qeyd etmişdir ki, hər sahə üzrə üç qalib müəyyənləşsə də, müsabiqəyə qatılan bütün iştirakçılara həvəsləndirici mükafatların verilməsi qərara alınmışdır.

Çingiz Bayramov qeyd etmişdir ki, bu pilot layihədir və gələn il bütün bölgələrdə keçirilməsi nəzərdə tutulur. İndiyədək Binəqədi, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz rayonlarında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda konfranslar keçirilmişdir. Bu konfranslarla yanaşı, müxtəlif istiqamətli müsabiqələr də təşkil olunmuş və qaliblər mükafatlandırılmışlar.

İB-nin sədri xaricdə təhsil alan bütün tələbə və məzunların, o cümlədən Türkiyə universitetlərinin məzunlarının Prezident İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə  dəstəklədiklərini bəyan etmişdir. O, TUMİB-in növbəti tədbirini Qarabağda keçirəcəyinə əminliyini ifadə edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın buna nail olacağını demişdir.

Gecədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev çıxış edərək  xaricdə təhsil almış məzunlara Azərbaycan dövlətinin daim diqqət və qayğısından danışmışdır.

 Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Durmuş Gökmən isə ölkəsində təhsil almış azərbaycanlı məzunları iki ölkə arasında qardaşlıq körpüsü adlandırmışdır.

Gecədə, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açmışlar.

Sonda müsabiqədə fərqlənən gənclərə diplom və hədiyyələr təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında