Sumqayıt gənclərinin bayram tədbirləri

 

 

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti gənclərin iştiraki ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı dəyirmi masa təşkil etmişdir.

Heydər Əliyev Mərkəzində keçirilən tədbiri icra hakimiyyəti başçısının müavini Elgin Həbibullayev açaraq müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasının, diaspor siyasətinin formalaşmasının xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Geniş diskussiya şəraitində davam edən tədbirdə təhsil şöbəsinin müdir əvəzi, əməkdar müəllim Vaqif Ələkbərov, Sumqayıt Dövlət Universitetinin müəllimi Zahid Bünyadov, 28 nömrəli tam orta məktəbin tarix müəllimi Aygün Rəhimova, “Best Friends” Təhsil və Karyera Mərkəzinin direktoru, Prezident təqaüdçüsü Elvin Dadaşov, YAP Sumqayıt şəhər təşkilatı ümumi təhsil sektoru üzrə gənclər birliyinin sədri Lalə Tanrıverdiyeva, Sumqayıt Dövlət Texniki Kollecin müəllimi Ülvi Məmmədov diaspor quruculuğu sahəsində görülmüş işlərdən, şəhərimizin xarici ölkələrdəki diaspor təşkilatları ilə əlaqələrdən danışmışlar.

Azərbaycan Milli Olimpiya Komitəsində “Olimpiya dünyası” qəzetinin təsis etdiyi “Olimpə doğru” jurnalının müxtəlif nominasiyalarda mükafatlandırdığı qurumlar arasında Sumqayıt Gənclər və İdman Baş İdarəsi də var. Bu təşkilat “Bölgələr üzrə ən yaxşı idman idarəsi” adına layiq görülmüş, diplom və xatirə hədiyyəsi almışdır.

Təhsil şöbəsinin akt zalında isə dünya və Avropa yarışlarında yüksək nailiyyətlər əldə etmiş sumqayıtlı idmançılarla görüş keçirilmişdir. Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov qeyd etmişdir ki, il ərzində şəhərdə fəaliyyət göstərən idman təşkilatları ilə birgə 400-dən artıq müxtəlif tədbir keçirilmiş, bu tədbirlərə 20 minə yaxın iştirakçı cəlb olunmuşdur. Sumqayıt idmançıları respublika və beynəlxalq səviyyəli yarışlardan 291 qızıl olmaqla 922 medal əldə etmişlər. Respublika üzrə ilin 10 ən yaxşı idmançısı sırasında ikiqat paralimpiya çempionu İlham Zəkiyev və 5 dəfə dünya cempionu Rəfael Ağayev də təmsil olunmuşlar. Eyni zamanda idmanda göstərdiyi xidmətlərə görə üç nəfərə Bakı şəhərində mənzillər verilmişdir. 

Tədbirdə çıxış edənlər idmana göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Sonda yüksək nailiyyətlər əldə edən idmançı və məşqçilərə hədiyyələr təqdim olunmuşdur.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında