Lənkəranda Yeni il coşqusu

 

 

 

  “Cənub mirvarisi” adlanan Lənkəran şəhərində

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik

Günü və Yeni il münasibətilə silsilə tədbirlər  keçirilir.

Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə bayram ərəfəsində kənd təsərrüfatı və yeyinti məhsulları  satış-yarmarkasının təşkili sakinlər tərəfindən razılıqla qarşılanmışdır. Satış—yarmarkanın keçirilməsində əsas məqsəd bayramqabağı bazarlarda müşahidə oluna biləcək süni qiymət artımının qarşısını almaq və əhalinin çoxçeşidli ərzaq məhsullarına olan tələbatını ödəməkdir. Yarmarkada səliqə-sahman, fermerlərə və digər satıcılara, eləcə də bazarlıq etməyə gələn rayon sakinlərinə əlverişli şərait yaradılmışdır. Satılan məhsulların qiymətlərinə icra hakimiyyəti tərəfindən yaradılmış işçi qrupu nəzarət edirdi. Məhsullar bazara nisbətən 25-30 faiz ucuz olmuşdur.

Yarmarka Lənkəran şəhərinin dəmiryol vağzalının qarşısındakı meydanda təşkil olunmuşdur. Bayram yarmarkasında Bakı şəhərindən və respublikanın ayrı-ayrı rayonlarından 17, Lənkəranda fəaliyyət göstərən 15 istehsal müəssisəsi və satış firması iştirak edirdi. Yarmarkaya ümumilikdə 426 ton ərzaq və yeyinti məhsulları çıxarılmışdır.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, idarə və təşkilat rəhbərləri də satış-yarmarkaya gəlmiş və onun gedişatı ilə maraqlanmışlar. Yarmarka axşam saatlarınadək davam etmişdir.

***

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ilinin başlanması ilə bağlı Q.Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzində gənclər üçün bayram tədbiri təşkil olunmuşdur. Əvvəlcə 2013-cü ildə ölkəmizin qazandığı uğurlar  barəsində məlumat verilmişdir. Tədbirin bədii hissəsində gənc qiraət ustaları şeir kompozisiyası ifa etmişlər. Şən mahnılar hər kəsə xüsusi ovqat bəxş etmişdir. “Çölləmə” rəqs ansamblı üzvlərinin şux rəqsləri, gənc müğənnilərin çıxışları yaddaqalan olmuşdur.

Şaxta baba və Qar qız bütün gəncləri həmrəy olmağa çağırmış, yeni təqvim ilini də layiqincə yaşamağı arzulamışlar.  Humanitar Kollecin və Tibb  Məktəbinin tələbələri maraqlı proqramla çıxış etmişlər.

Ədəbi-bədii gecə gənclərin kütləvi rəqsi ilə  başa çatmışdır.

 

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”nin

 bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında