“Bakı Ağ Şəhər” layihəsi işlərinə tanınmış xarici şirkətlər də cəlb olunmuşdur

 

 

 

 “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində paytaxtın Babək prospektinə yaxın ərazidə ümumi ərazisi 18 min kvadratmetr olan çoxfunksiyalı bina tikilir.

“Bakı Ağ Şəhər” layihəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,  dənizkənarı ərazidə də tikinti işləri aparılır. Burada komfortlu yaşayış kompleksləri, otellər və ticarət-əyləncə mərkəzlərinin inşası nəzərdə tutulmuşdur.

Layihəyə əsasən fransız liseyinin inşası davam etməklə yanaşı, 4 ulduzlu otelin və ofis mərkəzinin də inşasına başlanılmışdır.

Müxtəlif təyinatlı binaların layihələnməsi üçün yerli mütəxəssislərlə  birgə “Atkins”, “UN Studio”, “Structural Engineering Co. Ltd”, “WSP”, “Erginolgu & Calishlar” kimi tanınmış şirkətlər də cəlb olunmuşdur.

“UN Studio” şirkətinin mütəxəssisləri Nobel prospektində yerləşəcək ticarət-ofis binasının və Fəvvarələr meydanındakı ofis binasının layihələnməsi işlərini həyata keçirirlər.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında