Daşkəsəndə insan hüquqları üzrə ictimai dinləmələr

Ombudsman Elmira Süleymanovanın iştirakı ilə İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının (MFP) icra vəziyyəti ilə əlaqədar növbəti ictimai dinləmələr Daşkəsən rayonunda keçirilmişdir.
Ombudsman aparatından AzərTAc-a bildirmişlər ki, tədbirdə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, seçki dairəsi, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil və gül-çiçək dəstələri düzmüşlər.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov məruzəsində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, respublikamızda, o cümlədən bu rayonda abadlıq-quruculuq işlərinin, sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin daha da yaxşılaşdığını bildirmişdir. İnsan hüquqlarının müdafiəsinin və MFP-nin əhəmiyyəti qeyd olunmuş, rayonda bu sahədə görülmüş işlər haqqında ətraflı məlumat verilmişdir.
Ombudsman E.Süleymanova ölkəmizdə, o cümlədən Daşkəsəndə uğurla icra olunan MFP-nin məqsədləri, prioritetləri və tətbiqi vəziyyəti, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə rəhbərlik etdiyi təsisatın fəaliyyəti, əhalinin müxtəlif qruplarının, o cümlədən qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə görülən işlər barədə ətraflı məlumat vermişdir.
Tədbirdə insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması, bələdiyyələrin işinin təkmilləşdirilməsi və digər zəruri məsələlər müzakirə edilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında