Suraxanıda bayram tədbirləri 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Suraxanı rayonunda silsilə bayram tədbirləri keçirilir.

 

Növbəti belə tədbir rayondakı Heydər Əliyev Mərkəzində olmuşdur. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bu mərkəzdə aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən olan sakinlərlə keçirilən görüşə gələn başçı İlqar Abbasov onları bayramlar münasibətilə təbrik etmiş və yeni ildə xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq arzulamışdır.

Görüşdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər. Sonra  bir qrup aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən olan sakinlərə bayram sovqatı verilmişdir.

Daha sonra bayram tədbiri rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Fondu tərəfindən  inşa olunmuş xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya mərkəzində davam etdirilmişdir. Bayram şənliyində uşaqları təbrik edən başçı İlqar Abbasov onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etmişdir. Natiq çıxışında gənc nəslə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmış, dövlətimizin başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan uşaqları daim diqqət mərkəzində saxladığını vurğulamışdır.

Bayram şənliyində çıxış edən valideynlər göstərdikləri qayğıya, uşaqların sağlamlığı uğrunda sərf etdikləri əməyə görə Prezident İlham Əliyevə,  Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya razılıqlarını dilə gətirdilər.

Şənlikdə Şaxta baba, Qar qız və klounların çıxışları uşaqlara unudulmaz anlar yaşatdı.

Tədbirin sonunda “McDonalds” şirkətinin göndərdiyi yeməklər uşaqlara paylanıldı. Bayram tədbirində Səttar Bəhlulzadə adına mədəniyyət sarayının bədii kollektivi konsert  proqramı ilə çıxış etdi. Uşaqlar arasında müxtəlif yarışlar təşkil olundu.

Belə  bayram tədbirləri rayon icra hakimiyyətinin təşkilatçılığı ilə əqli cəhətdən qüsurlu uşaqlar üçün 7 nömrəli internat məktəbində və  2 nömrəli uşaq evində də təşkil olunmuşdur.

Tədbirlər planına uyğun olaraq qarşıdakı günlərdə də rayonda bayram tədbirləri davam etdiriləcəkdir.

Vaqif BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında