Sumqayıt: Avropanın nəhəng tortu

 

 

Dünən Sumqayıtın vizit kartı sayılan ünvan - Bayraq meydanı  şəhər ictimaiyyətinin nümayəndələri ilə dolu idi. Hər bir bayramı, əlamətdar günləri maraqlı töhfələrlə qarşılamaq gənclik şəhərində artıq adət şəklini alıb. Nəhəng bayram tortlarının hazırlanması da bu qəbildəndir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xüsusi bayram əhval-ruhiyyəsi ilk baxışdan nəzərə çarpırdı. Reklam tablolarında şəhərin inkişaf tarixini əks etdirən təsvirlər daha çox diqqəti cəlb edirdi. Həm ümumşəhər miqyasında, həm də ayrı-ayrı məhəllələrdə, küçələrdə, evlərdə, maarif, mədəniyyət və səhiyyə ocaqlarında silsilə tədbirlər keçirilib, çoxsaylı küknar ağacları işıq elementləri ilə bəzədilib.

Şəhərin Bayraq meydanında  artıq neçə gün idi ki, dünyanın nəhəng tortu  hazırlanırdı. Bu prosesdə iştirak edən ixtisaslı texnoloqlar, tərtibatçılar, qənnadı ustaları bayram ərəfəsində şəhər əhalisini torta qonaq etməyi qərara almışlar. Uzunluğu 53 metrdən çox, çəkisi 12 tona yaxın olan tortda respublikamızın və Sumqayıtın inkişafını özündə əks etdirən şəkillər yer alıb. Orijinal resept və xüsusi zövqlə hazırlanan tortun yanında hündürlüyü 3 metr, tutumu 700 litr olan nəhəng samovar da quraşdırılmışdır.

Gözəlliyi ilə diqqəti cəlb edən bu  şirinlik tədbirində minlərlə sumqayıtlı iştirak etdi. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  KİV nümayəndələrinə bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il  respublikanın hər yerində təmtəraqla qeyd edilir. Bu əziz bayramlar sumqayıtlıların da həyatına öz qədəmləriylə xoş arzular, duyğular gətirir.

Daha sonra icra hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, qonaqlar  və ictimaiyyətin nümayəndələri  bayram tortundan daddılar.

Mərasim iştirakçıları məmnunluqla tədbirə qatıldılar, xüsusi samovardan ətirli  çay içdilər. İncəsənət ustalarının təqdimatında səslənən mahnılar mərasimə soyuq qış günündə xüsusi  “istilik” qatdı.

Sumqayıtın Bayraq meydanında bayram əhval-ruhiyyəsi gecə yarıdan keçənədək davam etdi.

 

Əli NƏCƏFXANLI,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında