Binəqədidə bayram şənliyi

 

 

 

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Məclisin deputatlarının, idarə və təşkilat rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin və ictimaiyyət nümayəndələrinin  iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir. 

Tədbirin aparıcısı qonaqları salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmiş, 2013-cü il ərzində rayonda aparılan abadlıq-quruculuq, sosial-iqtisadi sahələrdə görülmüş işlər haqqında məlumat vermişdir. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, iqtisadiyyatımızın inkişaf etdiyini, Dövlət Proqramlarının uğurla reallaşdırıldığını, ümumilikdə, 2013-cü ildə ölkə qarşısında duran bütün vəzifələrin şərəflə yerinə yetirildiyi bildirmişdir.

Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi şərəfli ənənənin gündən-günə daha geniş vüsət aldığını vurğulamışdır.

Sonra rayonun sosial-iqtisadi inkişafında, ictimai həyatında fəal rol oynayan bir qrup şəxs fəxri fərmanlarla mükafatlandırılmışdır.

Tədbir incəsənət ustalarının çıxışları ilə davam etdirildi.

Binəqədi rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər davam etdirilir. Ümumilikdə 700-ə yaxın ailəyə Yeni il sovqatı verilmişdir.

V. BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında