Gəncə stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir

 

 

 

Son illər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində aparılan yenidənqurma və abadlıq işləri xətt boyu bütün sahələri əhatə edib. İdarə, müəssisə və təşkilatlarda yeniləşmə prosesi özünün yeni mərhələsinə qədəm qoyub.

“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində Gəncə stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir.

Mərasimdə Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov iştirak etmiş, inzibati binada işçilər üçün yaradılan şəraitlə tanış olmuşlar.

Məlumat üçün deyək ki, ki, Gəncə stansiyasının inzibati binasının əsaslı təmirini “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamenti həyata keçirmişdir.

Vestibüldə ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-stend yaradılmışdır.

Cari ilin yanvar ayında start verilmiş əsaslı təmir prosesində stansiyanın inzibati binasının 2300 kvadratmetr dam örtüyü müasir tələblərə uyğun yenidən qurulmuş, 2600 kvadratmetr fasad üzlük aqlay daşı ilə üzlənmişdir. Bundan başqa, binanın qapı və pəncərələri dəyişdirilmiş, döşəmə 1500 kvadratmetr həcmində qranit daşla üzlənmişdir.

Təmir işləri çərçivəsində burada qazanxana inşa edilmiş, həmçinin bina mərkəzləşdirilmiş kondisioner və istilik sistemləri ilə təchiz olunmuşdur. Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə stansiyada VİP zalı, ana və uşaq otağı da yaradılmışdır.

Eyni zamanda Yük daşımaları Departamentinin Qərb sahəsi üzrə bölməsinin inzibati binasısının fasadı və dam örtüyü, Gəncə lokomotiv deposunun fasadı təmir olunmuş, piyada keçid körpüsü sağlamlaşdırılmışdır.

Bununla yanaşı, stansiya rəhbərliyinin və kollektivin daxili imkanları hesabına ərazidə abadlıq işlər həyata keçirilmişdir.Yeni inzibati binada müvafiq işçilər üçün yüksək komforta malik iş otaqları yaradılmışdır. Açılış mərasimində iştirak edənlər yeni inzibati binada yaradılan şəraitdən razılıq etmişlər.

Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında