Sosial proqramların əhatə dairəsi genişlənir

 

 

 

Azərbaycan   ötən on ildə  sürətli inkişaf  yolu  keçdi.  Ölkəmizdə həyata  keçirilən  davamlı  islahatlar  Azərbaycanı  sürətli tərəqqi yoluna çıxardı.   Respublika Prezidenti  cənab İlham Əliyevin  həyata keçirdiyi  daxili və xarici siyasət  on ildə Azərbaycanı Cənubi Qafqazda lider  dövlətə  çevirdi. Bu gün  Azərbaycan  öz iqtisadi inkişafı ilə  dünyada  ən qabaqcıl ölkələr sırasındadır.  Təsadüfi deyil  ki,  Azərbaycanı  islahatlar ölkəsi adlandırırlar. Həyata  keçirilən sosialyönlü siyasət  insanların həyat şəraitini  günü- gündən yaxşılaşdırır.  

Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi əlillərin də həyat şəraitinin yaxşılaşdırılmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaratmışdır. Əlilliyi olan şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilmiş, bu çərçivədə 10-dək yeni hüquqi-normativ akt qəbul edilmişdir. Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmuş, bununla da ölkədə əlillərin insan hüquq və azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına sadiq olduğunu ifadə etmişdir.

Əlil insanlar   dövlət  qayğısını  hər an hiss edirlər.  Söz  yox ki, gözdən əlil insanlar   da  bu qayğıdan kifayət qədər bəhrələnirlər. Əillərin  sosial problemlərinin həlli,  yeni mənzillərlə təmin olunmaları, təqaüdlərinin artırılması, onlara minik avtomobillərinin verilməsi, sağlamlıqlarına diqqətin artırılması və s. bu diqqətin bariz nümunəsidir. Ən başlıcası isə əlil insanların cəmiyyətə  inteqrasiyasına   göstərilən diqqətdir.

Azərbaycanda  əlillərin sosial müdafiəsi ilə bağlı həyata  kecirilən irimiqyaslı layihələr  son illər   fiziki imkanları məhdud olan  insanların  güzəranının yaxşılaşdırılmasına, onların həyat şəraitlərinin yüksəlməsinə  güclü təsir  göstərmişdir. İndi  dünyada az ölkə tapılar ki, əlillərə  dövlət tərəfindən minik avtomobilləri bağışlanılsın, yaxud onlar üçün məxsusi mənzillər tikilsın. Son dövrdə 5000-ə yaxın əlil mənzillə, 4000-dən çox əlil isə avtomobillə  təmin olunub. Hər il 300-dən artıq əlil  xarici ölkələrə müalicəyə göndərilir. Ölkəmizdə  əlillərin böyük qisminin müalicəsi təmənnasız olaraq həyata keçirilir. 2008-ci ildə  Bakı  şəhərində gözdən əlil insanlar üçün  bir bina tikilib istifadəyə verilmiş, digərinin  isə  hazırda  tikintisi davam etdirilməkdədir. Bu binaların inşası üçün dövlət milyonlarla manat vəsait  ayırmışdır.

Əlillərin cəmiyyətə inteqrasiyasının genişləndirilməsi  üçün  ölkəmizdə  bir sıra layihələr reallaşdırılır. Bunun üçün ilk növbədə fiziki imkanları məhdud olan  insanların təhsilə cəlb olunması  vacib məsələdir. Son vaxtlar  gözdən əlillərin təhsil problemlərinin həllinə yönəldilən  layihələr bu problemi qismən həll etməyə imkan yaratmışdır. Ötən on ildə gözdən əlillərin reabilitasiyası, onların sosial rifahının yüksəldilməsi, məişət problemlərinin həlli ilə bağlı konkret tədbirlər həyata keçirilibdir. 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulan binada 132 ailə mənzillə təmin olunacaq. Bu, gözdən əlil insanlara  böyük  diqqətin nəticəsidir. Binada hazırda  sürətli iş gedir. On iki mərtəbədən ibarət olan binanın alt hissəsində əlillərin reabilitasiya mərkəzi, onların asudə vaxtlarını səmərəli keçirmələri üçün əlavə şərait yaradılacaqdır. Mənzillərin hamısında sakinlərin rahatlığı üçün hər cür şərait olacaqdır.

Bir məsələni də qeyd edim ki, bu gün ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlər gözdən əlillərin də ondan maksimum yararlanmasına əlverişli imkanlar yaradır. Belə ki,  bölgələrimizdə Regional İnformasiya Resurs Mərkəzlərinin  istifadəyə verilməsi layihəsi uğurla reallaşdırılmaqdadır. Yevlaxda böyük təntənə ilə istifadəyə verilən İnformasiya Resurs Mərkəzinin açılışında möhtərəm Prezidentimiz İlham

Əliyevin şəxsən iştirak etməsi gözdən əlillərin sevincini daha da artırmışdır. Ölkə başçısı gözdən əlillərə göstərilən diqqət və qayğının bundan sonra da inamla davam etdiriləcəyini xüsusilə vurğulamışdır.

Əlillər  üçün  Reablitasiya Mərkəzinin tikintisi də başa çatmaq üzrədir. Bu, gələcəkdə əlillərin  sağlamlığının təmin olunmasında əhəmiyyətli rol oynayacaq. Paralimpiya oyunlarında azərbaycanlı əlil  idmançıların böyük uğurlar qazanması da dövlətimizin onlara göstərdiyi diqqətin nəticəsidir. Gözdən əlillər də bu yarışlarda mütəmadi olaraq iştirak edirlər  və  yüksək nailiyyətlər qazanırlar.

 Gözdən əlil insanlar üçün iş yerlərinin yaradılması məqsədilə  bir sıra yeni layihələr də  reallaşdırılacaq. Onu da deyim ki, gözdən əlil insanlar arasında istedadlı adamlar çoxdur.  Gözdən Əlillər  Cəmiyyəti  belə insanlar üçün   münbit şərait yaradılması üçün yollar axtarır. Deyim ki, bizim  bütün təşəbbüslərimiz  dövlətimiz tərəfindən dəstəklənir. Əmək və Əhalinin   Sosial Müdafiəsi Nazirliyi ilə  mütəmadi əlaqələrimiz olur və  bütün layihələrimizə diqqətlə yanaşılır. Nazirliyin rəhbərliyinin  dəyişdirilməsindən  sonra  bu diqqət daha da artmışdır.

Biz  Heydər Əliyev Fondunun qayğısını da həmişə hiss etmişik. Fondun prezidenti Mehriban xanım Əliyeva  gözdən əlil insanlara böyük qayğı ilə yanaşır. Bu insanların cəmiyyətə inteqrasiyası  üçün vaxtaşırı öz köməkliyini göstərir.

Bu  gün Azərbaycan dövləti  əlillərin rahat yaşamaları, məşğulluqlarının təmin olunması, cəmiyyətə  hərtərəfli inteqrasiyası üçün   imkan olan hər şeyi edir.  Ona görə də,  bütün əlillər kimi, Gözdən Əlillər Cəmiyyətinin üzvləri də   dövlətin həyata  keçirdiyi siyasi kursu dəstəkləyir  və bu insanlar ölkəmizin gələcək inkişafında yaxından iştirak etmək  üçün   cəmiyyətə  daha güclü inteqrasiya etmək əzmindədirlər.

Qarşıdan  Dünya  Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  gəlir.  Bu bayramlar münasibətilə   xalqımızı,  bütün əlil insanları təbrik edir,  məmləkətimizə  sülh və əminamanlıq arzulayıram.

Səmyar ABDULLAYEV,
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında