Bakıda bayram yarmarkaları təşkil olunmuşdur

 

Bakı şəhərində, bir neçə yerdə Yeni il bayramı ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilir.

Yarmarkalar İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmişdir.

 APA -“Economics”in məlumatına görə, paytaxtın Əhmədli qəsəbəsində, “Bakı” kinoteatrı yaxınlığında keçirilən yarmarkada kənd təsərrüfatı naziri Heydər Əsədov da iştirak etmişdir. O, yarmarkada satışa çıxarılan kənd təsərrüfatı məhsullarına baxış keçirib, alıcıları və satıcıları dinləmişdir. H.Əsədov bildirmişdir ki, bir neçə gün öncə bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətinin qalxmasına baxmayaraq, bu gün təşkil olunan yarmarkada qiymətlərin endiyi müşahidə olunur.

Son zamanlar daxili bazarda kartofun bahalaşmasına münasibət bildirən nazir qeyd etmişdir ki, hazırda bu məhsulun 1 ktloqramı 70 qəpiyə satışa çıxarılmışdır: “Satıcılara müraciət edərək bildirmək istərdim ki, kənd təsərrüfatı məhsullarını ucuz satsınlar. Çünki, sabah qiymətlər bundan da ucuz olacaq. Məhsullarınızı yaxşı satmaq və yaxşı gəlir əldə etmək üçün onları ucuz satın”.

H.Əsədov əlavə edib ki, Bakı şəhərinə kifayət qədər kənd təsərrüfatı məhsulları gətirilmişdir. Ona görə də yarmarkalarda ucuzluq müşahidə olunacaq. Nazir vurğulamışdır ki, kartofun qiymətinin 1 manatdan yuxarı olması müvəqqəti hal olub və bu məhsulun qiyməti əvvəlki vəziyyətə qaytarılacaq.

H.Əsədov həmçinin qeyd etmişdir ki, Bakıda keçirilən ənənəvi yarmarkaların təkmilləşdirilməsi planlaşdırılır və bu, artıq zamanın tələbidir: “Yarmarkalarda sanitariya və gigiyena qaydalarına riayət olunacaq. Onlar indikindən fərqli olaraq, üstü örtülü şəkildə təşkil olunacaq, yəni yarmarkaların keçirilməsi üçün tam əlverişli şərait yaradılacaq. Bir sözlə, yarmarkalar getdikcə təkmilləşdiriləcək”.

Satış yarmarkaları aşağıdakı ünvanlarda təşkil ediləcək.

Binəqədi rayonu:

- Dərnəgül yaşayış sahəsi, 6 saylı Peşə Liseyinin həyəti;

Xətai rayonu:

- “Bakı” kinoteatrının yanı;

Nərimanov rayonu:

- Əliyar Əliyev küçəsi,26 (“Bakı Taxıl” ASC-nin ərazisi);

Nəsimi rayonu:

- “Təzə bazar”ın ərazisi;

Səbail rayonu:

- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu:

- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi,2;

- Yeni Günəşli qəsəbəsi, “Günəş” Ticarət Mərkəzinin yanı;

Yasamal rayonu:

- Şərifzadə küçəsi,131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında