“İnternet media resurslarında etik durum və hüquqi məsuliyyət”

 

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə  dekabrın 28-də  Yevlax şəhərində Azərbaycanın Qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün “İnternet media resurslarında etik  durum və hüquqi məsuliyyət” mövzusunda  regional konfrans  keçirilib.

Konfransda yerli KİV-lərin təmsilçiləri, respublika yayımlı KİV-lərin qərb bölgəsi üzrə təmsilçiləri, bölgənin sosial media və vətəndaş cəmiyyəti institutlarının fəalları iştirak ediblər. Tədbirə ümumrespublika yayımlı KİV-lərin rəhbərləri və təmsilçiləri də qatılıblar.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov konfrans iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyəti barədə  fikirlərini bildiriblər.

“Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Azərbaycanda azad internet məkanının inkişaf etdirilməsi üçün həyata keçirilən dövlət proqramlarından və digər layihələrdən danışıblar. Natiqlər internetin inkişafının KİV-lərə göstərdiyi təsir,  ənənəvi media ilə “yeni media”nın fərqli və oxşar cəhətləri, internet medinın yaratdığı tendensiyalar barədə  fikirlərini bölüşüblər.

Konfransda 2013-cü ilin may ayında Azərbaycan Respublikasının Milli Məclisinin Cinayət Məcəlləsinin “Böhtan” (147-ci maddə) və “Təhqir” (148-ci maddə) maddələrinə etdiyi dəyişikliklər, həmçinin, internet üzərindən yayılan informasiyalar barədə hüquqi məsuliyyəti tənzimləyən digər qanunvericilik aktları barədə  geniş müzakirələr keçirilib. Qeyd edilib ki,  internet üzərindən yayılan məlumatlarda hüquqi məsuliyyət təkcə “böhtan” və “təhqir” maddələrinə görə yaranmır. Şəxsi həyatın toxunulmazlığı prinsipi, ailə məsələləri, uşaq hüquqları, dövlət sirri, terrora və iğtişaşlara çağırış kimi bir sıra məsələlər var ki, internet üzərindən informasiya yayanlar bunları mütləq nəzərə almlıdırlar. Bu sahədə qeyri-dəqiq, əsaslandırılmamış informasiyaların yayılması internet üzərindən məlumat yayanlar üçün də hüquqi məsuliyyət yaradır.

Konfrans zamanı region jurnalistlərinin və vətəndaş cəmiyyəti institutları təmsilçilərinin   mövzu ətrafında çıxışları dinlənilib, təklifləri qeydə alınıb. 

Sonda Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədova “Media və icra orqaları arasında əməkdaşlığın inkişafında fəal roluna görə” KİVDF-nin xüsusi diplomu təqdim edilib.

R.TAHİR, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında